https://sputnik.az/20240202/rusiya-eleyhine-sanksiyalarin-muellifi-abs-maliyye-nazirliyini-terk-edib-462341911.html
Rusiya əleyhinə sanksiyaların müəllifi ABŞ Maliyyə Nazirliyini tərk edib
Rusiya əleyhinə sanksiyaların müəllifi ABŞ Maliyyə Nazirliyini tərk edib
Sputnik Azərbaycan
Elizabet Rozenberqin müəllifi olduğu tədbirlər arasında Rusiya aktivlərinin dondurulması və neft qiymətlərinə tavanın tətbiqi də var. 02.02.2024, Sputnik Azərbaycan
2024-02-02T19:48+0400
2024-02-02T19:48+0400
2024-02-02T19:48+0400
abş
dünya xəbərləri
lavrov
sergey lavrov
"bloomberg" agentliyi
maliyyə nazirliyi
abş-ın maliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42203/13/422031315_0:0:3072:1728_1920x0_80_0_0_d212739ee285b1b5744c33ae44df963d.jpg
BAKI, 2 fevral — Sputnik. Rusiyaya qarşı sanksiyaların hazırlanmasında iştirak edən ABŞ Maliyyə Nazirliyinin əməkdaşı Elizabet Rozenberq cümə günü (yəni bu gün-red.) departamentdəki vəzifəsini tərk edəcək. Bu barədə "Bloomberg" məlumat yayıb. Rozenberq özəl sektorda çalışacaq, lakin nazirlik bunun məhz harada olduğunu açıqlamayıb. Elizabet Rozenberq Ağ Evin digər nümayəndələri ilə birlikdə Ukraynadakı döyüşlərə cavab olaraq Rusiyaya qarşı iqtisadi sanksiyaların hazırlanması üzərində işləyən qrupa daxil idi. Onun müəllifi olduğu tədbirlər arasında Rusiya aktivlərinin dondurulması və neft qiymətlərinə tavanın tətbiqi də var. Onun yerinə Maliyyə nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi, əvvəllər Çin və İranla məşğul olan departamentlərdə çalışmış Anna Morris təyin ediləcək. Qeyd edək ki, payızda Rusiya Prezidenti Vladimir Putin Qərbin sanksiyalarından sonrakı iqtisadi bərpa tamamlandığını bəyan edib. O, ölkədəki iqtisadi vəziyyəti sabit və balanslı adlandırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həmçinin Rusiya iqtisadiyyatına qarşı sanksiya blitskriq cəhdlərinin uğursuz nəticələndiyinə diqqət çəkib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42203/13/422031315_219:0:2950:2048_1920x0_80_0_0_ee3fb2c1e8c0719992610efe88dd211a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, lavrov, sergey lavrov, "bloomberg" agentliyi, maliyyə nazirliyi, abş-ın maliyyə nazirliyi
abş, lavrov, sergey lavrov, "bloomberg" agentliyi, maliyyə nazirliyi, abş-ın maliyyə nazirliyi
Rusiya əleyhinə sanksiyaların müəllifi ABŞ Maliyyə Nazirliyini tərk edib
Elizabet Rozenberqin müəllifi olduğu tədbirlər arasında Rusiya aktivlərinin dondurulması və neft qiymətlərinə tavanın tətbiqi də var.
BAKI, 2 fevral — Sputnik. Rusiyaya qarşı sanksiyaların hazırlanmasında iştirak edən ABŞ Maliyyə Nazirliyinin əməkdaşı Elizabet Rozenberq cümə günü (yəni bu gün-red.) departamentdəki vəzifəsini tərk edəcək.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Rozenberq özəl sektorda çalışacaq, lakin nazirlik bunun məhz harada olduğunu açıqlamayıb.
Elizabet Rozenberq Ağ Evin digər nümayəndələri ilə birlikdə Ukraynadakı döyüşlərə cavab olaraq Rusiyaya qarşı iqtisadi sanksiyaların hazırlanması üzərində işləyən qrupa daxil idi. Onun müəllifi olduğu tədbirlər arasında Rusiya aktivlərinin dondurulması və neft qiymətlərinə tavanın tətbiqi də var.
Onun yerinə Maliyyə nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi, əvvəllər Çin və İranla məşğul olan departamentlərdə çalışmış Anna Morris təyin ediləcək.
Qeyd edək ki, payızda Rusiya Prezidenti Vladimir Putin Qərbin sanksiyalarından sonrakı iqtisadi bərpa tamamlandığını bəyan edib. O, ölkədəki iqtisadi vəziyyəti sabit və balanslı adlandırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həmçinin Rusiya iqtisadiyyatına qarşı sanksiya blitskriq cəhdlərinin uğursuz nəticələndiyinə diqqət çəkib.