DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran prezidenti təhdidlərə sərt cavab vəd edib

© AP Photo / Vahid SalemiSeyid İbrahim Rəisi
Seyid İbrahim Rəisi - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Əl-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 Amerika hərbçisi həlak olub, 40-ı yaralanıb.
BAKI, 2 fevral — Sputnik. İranı qorxutmağa cəhd edilərsə, ölkə sərt cavab verəcək. Bunu Minab şəhərində (Hörmüzqan vilayəti) çıxışı zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi deyib.
"Əvvəllər digər ölkələr İslam Respublikası ilə danışmaq istəyəndə təhdid dolu ifadələr işlədirdilər və müharibə ssenarilərindən qorxurdular. İndi artıq belə sözlər eşidilmir, əksinə, kimsə İranla münaqişəyə girmək niyyətində olmadığını iddia edir. İran dəfələrlə bəyan edib ki, heç bir müharibəyə başlamaq istəmir, amma kimsə təhdid etmək istəsə, İslam Respublikası sərt cavab verəcək" - o bildirib.
Yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Əl-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 Amerika hərbçisi həlak olub, 40-ı yaralanıb. Yanvarın 29-da ABŞ-a səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq zərbəyə görə Tehranı günahlandıraraq deyib ki, İran regionda sabitliyi pozmağa davam edir, Qırmızı dənizdə gəmilərə hücumu davam etdirən terrorçuları dəstəkləyir.
İran Xarici İşlər Nazirliyi Stoltenberqin bu açıqlamalarını tənqid edib.
Yanvarın 30-da ABŞ Prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki Amerika hərbi bazasına hücuma cavab olaraq addımlar atmağa qərar verdiyini açıqlayıb. "Politico" qəzeti mənbələrə istinadən yazıb ki, hazırlanan tədbirlər arasında İraq və Suriyadakı İran qoşunlarına zərbə endirilməsi də nəzərdən keçirilir. ABC televiziyasının məlumatına görə, Bayden İrana birbaşa zərbə endirməyi məqsədəuyğun hesab etmir, çünki Yaxın Şərqdə münaqişənin kəskinləşməsi onun yenidən ABŞ prezidenti seçilmək perspektivlərini yox edə bilər.
Xəbər lenti
0