Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Pullu hərbi xidmətdən danışan deputatların real vəziyyətdən xəbərləri yoxdur - ekspert

© AR Ministry of DefenceHərbi liseydə andiçmə mərasimi
Hərbi liseydə andiçmə mərasimi - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Ədalət Verdiyev hesab edir ki, belə bir məsələnin müzakirəsini ordudan xəbəri olmayan insanlar aparmalı deyil.
BAKI, 2 fevral — Sputnik. Milli Məclisin son iclasında millət vəkilləri bir çox məsələlərə diqqət çəkən çıxışlar etdilər. Onlardan biri də Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqla bağlı olan çıxışlar idi.
Deputat Elnur Allahverdiyev bildirib ki, dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətə hərbi xidmət keçmək dünya təcrübəsində mövcuddur. Odur ki, Azərbaycanda ödənişli və qısamüddətli hərbi xidmətə keçirilməsini təklif edib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ordumuza çox müasir texnikalar alınır, onu yeni hərbi xidmətə gələn gəncə əmanət etmək olmaz:
"Yəni bu texnikanın idarə olunması üçün yetişmiş, savadlı kadrlar olmalıdır. Bizdə də əsgərlik müddəti ali təhsillilər üçün 1 il, digərləri üçün 1 il 6 aydır. Bu müddət o texnikanın öyrənilməsi üçün çox azdır.Bizdə pul müqabilində az müddətə hərbi xidmətə getmək hələ tətbiq olunmur. Türkiyədə, bu yaxınlarda Ermənistanda da artıq bu tətbiq olunur. Bizim üçün ən düzgün hərbi xidmət alternativ, müqavilə əsasında olan hərbi xidmətdir. Bu, həm də iş yeridir".
Həqiqi hərbi xidmətlə bağlı bu çıxışlara hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev münasibət bildirib.
Ədalət Verdiyev deyir ki, əvvəllər də ordu ilə bağlı bu cür təkliflər gündəmə gətirilib. Amma bu parlament və hökumət səviyyəsində reallaşa biləcək bir təklif kimi qəbul edilmir. Onun fkrincə, belə bir məsələnin müzakirəsini ordudan xəbəri olmayan insanlar aparmalı deyil. Bu mövzu ilə bağlı ekspertlər, orduda uzun müddət xdmət keçmiş şəxslər müzakirə aparmalıdırlar.
© Photo : Courtesy of Adalyat VerdievƏdalət Verdiyev
Ədalət Verdiyev - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Ədalət Verdiyev
Ekspert bildirir ki, hazırda Azərbaycan ordusunun şəxsi heyətinin genişləndirilməsi müşahidə olunur:
"Xüsusi təyinatlıların sayı iki dəfədən çox artırıldı. Bununla yanaşı, komando birlikləri yaradıldı və buna müvafiq olaraq yeni hərbi hissələr quruldu. Belə olan halda Azərbaycan tərəfinin ödənişli əsaslarla hərbi xidmətdən azad olunma məsələsini müzakirə etməsi hələlik aktual deyil. Amma gələcəkdə, sülh müqaviləsi imzalandıqda, Ermənistanla münasibətlər normallaşdıqda, regiondakı mövcud təhlükələr aradan qalxdıqdan sonra bu, müzakirə oluna bilər. İndiki halda isə belə bir addımın atılması məqsədəuyğun olmaz".
Ədalət Verdiyev hesab edir ki, bu gün Türkiyədəki ödənişli hərbi xidməti Azərbaycana misal göstərənlər ilk olaraq rəqəmlərə nəzər salmalıdır:
"Ordunu komplektləşdirmək üçün gənclərin sayı nisbəti məsələsi var. Azərbaycanın qarşısında duran vəzifələr başqadır. Biz bu məsələni aktuallaşdırsaq və real müstəvidə təbiq etsək, orduya daha az əsgər gələr".
Ekspert bu məsələdə Ermənistnı örnək göstərənlərə də fikrini bildirib: "Ermənistanda hazırda 21 min fərari var. Digər tərəfdən, bu ölkədə müharibə başlayarkən ölkədən kütləvi köç baş vermişdi. Ermənistan ödənişli xidməti ona görə təklif edir ki, xaricə gedənlər heç olmasa dövlətə vəsait şəklində borclarını qaytarsınlar. Bu, həm də həmin vətəndaşların ölkəyə qayıtmasına da zəmin yaradır. Çünki Ermənistanın demoqrafik problemi var".
Xəbər lenti
0