CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıdan olan narkotacir Bakıda yaxalandı

© AFP 2023 / FRED DUFOURHəbs
Həbs - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Polis əməkdaşları tərəfindən onun idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı müxtəlif narkotik vasitələr aşkarlanıb.
BAKI, 2 fevral — Sputnik. Bakının Nizami Rayon Polis İdarəsi əməkdaşları Masallı rayon sakini, əvvəllər məhkum olunan Orxan Məmmədovun avtomobilindən 11 kiloqramdan çox narkotik aşkarlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Ondan 50 ədəd metadon həbi götürülüb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı isə oradan ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin 2 kiloqram 538 qramı heroin, 1 kiloqram 517 qramı metamfetamin, 7 kiloqramdan artığı isə marixuana olub.
22.01.24, 11:03
Polis əməkdaşlarının 20-21 yanvar tarixlərində respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 45 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 7,2 kiloqramdan çox heroin, 37 kiloqrama yaxın marixuana, 180 qrama yaxın tiryək, 750 qram metamfetamin və 825 ədəd metadon həbi olub. Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.
15.01.24, 13:01
Polis iki gün ərzində otuz kiloqramdan çox narkotik vasitə aşkarladı
Polis əməkdaşları 13-14 yanvar tarixlərində ölkə ərazisində 31 kq-dan çox narkotik aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 31 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 28 kiloqram 690 qram marixuana, 2 kiloqram 435 qram heroin və 422 qram metamfetamin olub.
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0