DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Qazaxıstana səfər edib

© AFP 2023 / YEVGENY BIYATOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Ermənistanın Baş naziri Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasına sədrlik edəcək və bir sıra rəsmi şəxslərlə görüşəcək.
BAKI, 2 fevral — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gedib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Baş nazir Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasına sədrlik edəcək. Bundan başqa, onun bir sıra görüşləri də gözlənilir.
Məlumata görə, Almatı görüşlərində ikitərəfli əlaqələrin inkişafının, regionda və dünyada baş verən proseslərin müzakirə olunacağı nəzərdə tutulur.
Xəbər lenti
0