DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Parlament seçkilərində Gürcüstan müxalifətinə Saakaşvili liderlik edəcək?

© Sputnik / Kamal AlmuradlıGürcüstan parlamenti
Gürcüstan parlamenti - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Sabiq Baş nazir Giorgi Qaxariyanın "Gürcüstan Naminə" partiyası Saakaşvilinin liderlik edəcəyi koalisiyaya qoşulmayacağını bəyan edib.
BAKI, 2 fevral — Sputnik. Gürcüstanın ana müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın (VMH) "Qələbə Koalisiyası"nın əsas lideri həbsdə olan sabiq Prezident Mixeil Saakaşvili olacaq.
Bunu partiyanın sədri Levan Xabeişvili jurnalistlərə açıqlamasında deyib.
"Cəmiyyət çox gözəl anlayır ki, "Milli Hərəkat"ın sədri, təsisçisi, lideri var, o da prezident Saakaşvilidir... Müvafiq olaraq, bu seçkilərdə "Milli Hərəkat"ın, "Qələbə Koalisiyasının" əsas lideri Mixeil Saakaşvili olacaq", - Xabeişvili deyib.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalif mövqedə olan “Vahid Milli Hərəkat” partiyasının siyasi şurasına rəhbərlik etməyə hazır olduğunu bildirib.
“Mən siyasi məsuliyyəti öz üzərimə götürürəm ki, ilk növbədə, bütün təcrübəli “mübarizlərimiz” siyasi şuraya qayıtsınlar. Çünki nədənsə bir çox tanınmış insanlar siyasi şuradan kənarda qalıblar. Mən siyasi şuranın koordinasiyasını, liderliyi və məsuliyyəti öz üzərimə götürürəm. Onların (qovulmuş partiya üzvlərinin-red.) partiyaya reinteqrasiya edəcəyinə, eləcə də partiyanın digər birliklərə və insanlara açıq olacağına dair məsuliyyəti üzərimə götürürəm” - Saakaşvili ötən ilin noyabrında “Vivamed” klinikasından video vasitəsilə qoşulduğu məhkəmə iclasında deyib.
Vahid Milli Hərəkat Partiyası ötən ilin əvvəlində seçki keçirib. Hərəkatın yeni rəhbəri Levan Xabeişvili olub. O, Nika Meliyanı əvəz edib. Bundan sonra bir neçə nəfər partiyanı tərk edib. Həmin iclasda keçirilən seçkilər nəticəsində partiyanın siyasi şurasının sədri Koba Nakopiyanı Levan Bejaşvili əvəz edib.
Qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək. VMH və "Aqmaşenebeli Strategiyası" partiyaları artıq qarşıdan gələn seçkilərlə əlaqədar "Qələbə Koalisiyası" formalaşdırıblar. Sabiq Baş nazir Giorgi Qaxariyanın "Gürcüstan Naminə" partiyası koalisiyaya qoşulmayacağını bəyan edib.
Xəbər lenti
0