Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Leopard", "Çellencer" və "Abrams"lar XHƏ zonasında niyə ən həssas "super silahlar" olub?

© AFP 2023 / HEIKKI SAUKKOMAALeopard tankı
Leopard tankı - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
"Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bu yaxınlarda vurğulayıb ki, Rusiyada tankqayırma müəssisəsi dünyanın ən qabaqcıl müəssisələrindən biridir.
Döyüş effektivliyinin səviyyəsinin, texniki hazırlıq dərəcəsinin və Ukrayna hərbi əməliyyatlar teatrındakı döyüşlərdə Almaniya, İngiltərə və ABŞ-ın "dünyanın ən yaxşı" tanklarının böyük itkiləri NATO üçün məyusedici olub. Pentaqon çarəsizlik içində dünyada "hegemonluğa" nail olmaq üçün lazım olan silahların kəmiyyət və keyfiyyət balansını yenidən nəzərdən keçirir.
ABŞ-ın Xarici Əlaqələr Şurası Rusiyanın xüsusi hərbi əməliyyat (XHƏ) zonasında Almaniyanın "Leopard-2", ABŞ-ın "Abrams" və İngiltərənin "Çellencer-2" tanklarının zəifliklərini öyrənib. Nəticələr NATO üçün məyusedicidir: müasir döyüş texnologiyaları çox irəli gedib, Qərb tankları və onlardan döyüş tətbiqi taktikası isə ötən əsrdə qalıb. ABŞ-ın analitik mərkəzi Qərb hərbi-sənaye kompleksi və Ukrayna ordusu üçün sarsıdıcı nəticə çıxarıb: "Daha təkmil tankların həlledici rol oynaya biləcəyinə dair çox az dəlil var". Lakin Ukrayna komandanlığı bunu hələ sentyabrda təxmin edib.
Ukrayna Silahlı Qüvvələrinə (USQ) təhvil verilən yüzlərlə "Leopard-2" tanklarından təxminən otuzu yay "əks-hücum" zamanı məhv edilib. Qalanların hamısı sıradan çıxıb və NATO ölkələri ərazisində ixtisaslı mütəxəssislər tərəfindən təmirə ehtiyac duyur. Əgər Qərb silahlarının Ukraynaya tədarükünün logistikası zəif təşkil olunubsa, USQ-nin operativ cəbhə arxasında alyansın mürəkkəb hərbi texnikasının xidməti və təmiri praktiki olaraq həll olunmayan problemdir. Hərbi və sənaye obyektlərinə Rusiyanın uzaqmənzilli dəqiqlikli silahları ilə gündəlik zərbələri Ukrayna ərazisində zirehli texnika istehsalı və təmiri müəssisələrinin yaradılmasına imkan vermir. NATO ölkələrinin mühəndis-texniki heyəti XHƏ şəraitində işləyə bilmir. Ukraynalı kadrların yetişdirilməsi (onlarda olmayan) üçün vaxt tələb olunur.
XHƏ zonasında ABŞ-ın tank sənayesi texnoloji təhqirdən və rüsvayçılıqdan xilası yalnız Ukraynanın qərbində olan USQ-nin dərin arxa cəbhəsindəki "Abrams"lardan istifadə "strategiyası" olub. ABŞ-da geniş yayılmış müzakirə ondan ibarətdir ki, Kiyevə tədarük edilən M1 "Abrams" tankları zirehlərin gücləndirilməsi və Rusiyanın hücum dronlarından daha etibarlı qorumaq üçün cəbhə xəttindən uzaqda saxlanılır. Əslində, Vaşinqton hərbi-sənaye kompleksinin nüfuzuna xələl gətirməmək üçün ABŞ tanklarının hərbi əməliyyatlarda birbaşa iştirakına icazə vermir. Bundan da on milyardlarla dollar qazanıb. ABŞ 2023-cü ildə xarici ölkələrə silah satışını 55% artıraraq 80,9 milyard dollar əldə edib. Ukrayna hərbi əməliyyatlar teatrında yalnız ABŞ-ın "antik" "Bradley" piyada döyüş maşınları (PDM) olduqca zərər görüb.
Rusiya inqilabı günahkardır
Sağlam düşüncənin əksinə olaraq, Rusiya Silahlı Qüvvələri (RSQ) ilə Ukrayna ordusunun potensialındakı əhəmiyyətli fərqi nəzərə almadan, Qərbdə bir çoxları 2023-cü ilin yayında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna böyük ümidlər bəsləyiblər. Kiyev rejiminin 50-dən çox "donor dövləti" bu işə on milyardlarla dollar və avro "sərmayə qoyub", milli orduların arsenallarını darmadağın edib – onları ABŞ-da və NATO-da "Rusiyanı döyüş meydanında strateji məğlubiyyətə" hazırlayıblar. Pullar və tanklar yanıb, USQ 159 min əsgərini itirib - Ukraynanın hücumları uğursuzluqla nəticələnib və bütün bunlar kollektiv Qərbin şok olmasına səbəb olub.
ABŞ-ın nüfuzlu "Foreign Affairs" nəşri məğlubiyyət problemini geniş hərbi inqilabla əlaqələndirir, bu müddət ərzində yeni texnologiyalar döyüş meydanını "F-16 qırıcılarının, "ATACMS" raketlərinin və ya "Abrams" tanklarının keyfiyyətindən asılı olmayaraq uğurlu hücum manevrləri üçün çox ölümcül" edib (pilotsuz uçuş aparatları (PUA, dron), yüksək dəqiqlikli raket silahları, hava hücumundan müdafiə və radioelektron mübarizənin uzaq mənzilli vasitələri, peyk qrupları fəal şəkildə istifadə olunur). Rusiyanın texnoloji inqilabı eşelonlaşdırılmış Rusiya müdafiəsi ilə birgə NATO-nun proksi-qoşunlarına uğur qazanmaq üçün heç bir şans buraxmır. Rusiya ilə proksi-müharibəsində Qərbin konsolidasiya edilmiş səylərinin uğursuzluğunun digər səbəbləri də müzakirə olunur (Bunlar Ukrayna hərbçilərinin alyans standartlarına uyğun olaraq kifayət qədər hazırlıqlı olmamalarından tutmuş köhnəlmiş taktikalara və Ukrayna Silahlı Qüvvələrinin etibarlı arxa infrastrukturunun olmamasına qədər olan müzakirələrdir). "Foreign Affairs" jurnalı bunu belə yekunlaşdırır: "Ukrayna üçün nəticələr acınacaqlıdır". Lakin ABŞ-ın səyləri ilə Rusiya qarşı yaradılmış "konsessiyanın" bütün iştirakçılarını ciddi nəticələr gözləyir. Təbii ki, indi amerikalılarda və avropalılarda "təhlükəsizlik hissi" yoxdur.
Ukrayna hərbi əməliyyatlar teatrının obyektiv reallığı onu deməyə əsas verir ki, Kiyev köhnə NATO tanklarının yeni tədarüklərini əbəs yerə gözləyir. ABŞ Konqresi 2023-cü ilin dekabrında Ukrayna ordusunu silahlandırmaq üçün çoxmilyardlarla dollar axınını qəti şəkildə dayandırıb. Avropa Kiyev rejimini maliyyələşdirməkdə də çətinliklərlə üzləşib. Əfqanıstan talibləri və Yəmən husiləri tərəfindən alçaldılan Pentaqon çoxqütblü və təlatümlü dünyada ABŞ-ın geosiyasi məqsədlərinə nail olmaq üçün lazım olan öz silahlarının keyfiyyət və kəmiyyət balansını yenidən nəzərdən keçirməkdən daha çox narahatdır. Burada düşünüləcək bir şey var. XHƏ-dən əvvəl ABŞ-ın Limadakı (Ohayo) yeganə tank zavodu ildə cəmi 12 "Abrams" tankı istehsal edibsə, indi amerikalılar istehsalı ayda 12 tanka qədər artırıblar. Almaniyanın hərbi sənayesi əhəmiyyətli dərəcədə geri qalır, lakin yenə də 2027-ci ilə qədər hər ay təxminən 10 tank istehsal etməyi planlaşdırır. Alyansın "disfunksiyası" göz qabağındadır.
Rusiya silahlarının miqdarı və keyfiyyəti NATO-nun bütün ölkələri üçün əlçatmaz bir istiqamətdir. Xatırladaq ki, 2023-cü ildə Rusiyanın müdafiə sənayesi müəssisələri 1500-dən çox yeni tank istehsal edib. "Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bu yaxınlarda vurğulayıb: "Rusiyada tankqayırma müəssisəsi dünyanın ən qabaqcıl müəssisələrindən biridir. Hazırda XHƏ zonasında yeni və modernləşdirilmiş T-90-lar, eləcə də dərindən modernləşdirilmiş T-72 və T-80-lər fəaliyyət göstərir. Bu maşınlar tapşırıqların öhdəsindən mükəmməl gəlir. "Prorıv" bu gün kütləvi istehsal edilən və dünya ordularının xidmətində olan ən yaxşı tankdır. O, bir çox Qərb nümunələrindən üstündür və Qərb ekspertləri də bunu etiraf edirlər".
Ukraynada və hər hansı bir digər həbi əməliyyatlar teatrında dünyanın ən yaxşı T-90M "Prorıv" tankının Almaniyanın "Leopard 2A6", İngiltərənin "Çellencer" və ya ABŞ-ın "Abrams"ı ilə qarşılaşması Qərb "bədheybətlərinə" yaxşı heç nə vəd etmir.
Xəbər lenti
0