CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həmid Herisçinin səhhəti yaxşılaşıb və o, evə buraxılıb

© Photo : Social media page of Hamid HerisciHəmid Herisçi
Həmid Herisçi - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Onun müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada həyata keçirilib.
BAKI, 2 fevral — Sputnik. Həmid Herisçi xəstəxanadan evə buraxılıb.
Bu barədə şairin özü məlumat verib. Həmid Herisçi səhhətinin yaxşı olduğunu açıqlayıb.
Şairin həyat yoldaşı, tanınmış telejurnalist İlhamiyyə Rza da bu barədə sosail şəbəkə hesabında məlumat verib:
"Əziz dostlar, həmkarlar, Həmidin oxucuları, məlumat verməyi borc bildim. Həmid xəstəxanadan çıxdı. Şükür. Göydə Allah, yerdə sizin dualarınız, həkimlərimiz və dostlarımızın qayğısı sayəsində bu gün bir az daha yaxşıdır. Lakin çox zəifdir. Ciddi reabilitasiyaya ehtiyac var. Odur ki, həmkarlarımızın müsahibə almaqla bağlı çoxsaylı müraciətlərinə müsbət cavab verə bilmirik. Anlayışınız üçün sağ olun. Nə lazımdırsa, məndən soruşun, özü hələ müsahibə verməkdə çətinlik çəkir. Bir daha yanımızda olan hər kəsə çox minnətdarıq".
Xatırladaq ki, Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.
30.01.24, 17:17
Həmid Herisçinin səhhəti ilə bağlı rəsmi açıqlama
1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.
TƏBİB-dən bildirilib ki, vəziyyəti qənaətbəxşdir. Bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
Xatırladaq ki, Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0