Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi müddəti sabah başa çatır

© Sputnik / Murad OrujovAzərbaycanda seçkilər
Azərbaycanda seçkilər - Sputnik Azərbaycan, 1920, 02.02.2024
Abunə olmaq
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 4-dək olan dövrü əhatə edir.
BAKI, 2 fevral - Sputnik. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət sabah başa çatır.
Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 4-dək olan dövrü əhatə edir.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1.Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2.Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3.Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4.Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5.Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6.Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
7.Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
28.01.24, 11:53
Prezident seçkilərinin müşahidəsi üçün MSK-ya ərizə təqdim edilməsi müddəti başa çatıb
Növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb.
Seçki Məcəlləsinə əsasən, seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 28-dək olan dövrü əhatə edir.
Həmçinin, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiya­sına müraciət edilməsi müddəti də 2024-cü il yanvarın 28-dək nəzərdə tutulub.
17.01.24
Rusiya Dövlət Duması Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak etmək üçün nümayəndə heyəti göndərəcək.
Bunu TASS-a Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov deyib.
12.01.24, 16:05
Azərbaycanda prezident seçkilərini izləyəcək MDB PA-nın missiyasının rəhbəri bəlli olub
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından (PA) olan müşahidəçilər missiyasına Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək.
Bu barədə MDB PA Şurası katibliyinin mətbuat xidməti məlumat yayıb.
J.Asanovun namizədliyi Qazaxıstan Parlamentinin Senatı tərəfindən irəli sürülüb.
“Hazırda MDB PA-ya üzv ölkələrin parlamentlərinin nümayəndələrindən və rəsmi şəxslərindən, həmçinin Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət müşahidəçilər qrupu formalaşdırılır. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə növbədənkənar prezident seçkilərinin monitorinqində MDB PA-dan olan beynəlxalq müşahidəçilər iştirak edəcək”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
06.01.24
Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib və hamısı da müsbət qarşılanıb.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərinə 37, MDB Parlament Assambleyası 17, Türkiyə 5, MDB 9 müşahidəçi göndərəcək. M.Pənahov söyləyib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası da seçkini izləyəcək.
Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir.
Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
03.01.24
Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edəcək. Bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.
Onun namizədliyi Birliyə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib.
© Sputnik / Rashad KeremogluMDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Bakıda, arxiv
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında (solda) - Sputnik Azərbaycan, 1920, 03.01.2024
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Bakıda, arxiv
MDB-nin müşahidəçilər missiyası Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə seçki kampaniyasının gedişini izləyəcək.
MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin Nümayəndəliyə namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib. Əvvəlki kampaniyalarda olduğu kimi, Missiyanın işi siyasi neytrallıq, seçki prosesinə və dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq, ciddi şəkildə milli qanunvericiliyə uyğun olacaq.
Xatırladaq ki, bu günədək Azərbaycanda 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.
MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid OrucFuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus OğuzQulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.
Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0