https://sputnik.az/20240202/azerbaycanda-kere-yaginin-qiymeti-keskin-sekilde-asagi-dusub-462347874.html
Azərbaycanda kərə yağının qiyməti kəskin şəkildə aşağı düşüb?
Azərbaycanda kərə yağının qiyməti kəskin şəkildə aşağı düşüb?
Sputnik Azərbaycan
Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü il ərzində ölkədə 27 min 22 ton kərə yağı istehsal edilib. 02.02.2024, Sputnik Azərbaycan
2024-02-02T17:44+0400
2024-02-02T17:44+0400
2024-02-02T17:44+0400
kərə yağı
cəmiyyət
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458205529_0:159:3077:1890_1920x0_80_0_0_b2004a2391a255a4dcb2c02fd187cf1a.jpg
BAKI, 2 fevral — Sputnik. 2023-cü il ərzində Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton kərə yağı idxal edilib. "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2022-ci illə müqayisədə dəyər baxımından 14.6% və ya 15.7 milyon dollar, həcm baxımından isə 10.6% və ya 1 966 ton azalıb. Belə ki, 2022-ci il ərzində Azərbaycana 108 milyon 181 min dollar dəyərində 18 min 562 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Ötən il ölkəyə gətirilən kərə yağının bir kiloqramının orta idxal qiyməti 9.5 manat təşkil edib. Bu göstərici əvvəlki ildə 9.9 manat idi. Azərbaycan kərə yağını ötən il Yeni Zelandiyadan 10.5 manata, Almaniyadan 11 manata, Finlandiyadan 11.6 manata, İrandan isə 7.3 manata idxal edib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü il ərzində ölkədə 27 min 22 ton kərə yağı istehsal edilib. Bu göstərici əvvəlki illə müqayisədə 4.4% çoxdur. Qeyd edək ki, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 62.8% çox olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458205529_173:0:2904:2048_1920x0_80_0_0_24dab0ab7f165924b4dc5569c8cfad2d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kərə yağı, dövlət statistika komitəsi
kərə yağı, dövlət statistika komitəsi
Azərbaycanda kərə yağının qiyməti kəskin şəkildə aşağı düşüb?
Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü il ərzində ölkədə 27 min 22 ton kərə yağı istehsal edilib.
BAKI, 2 fevral — Sputnik. 2023-cü il ərzində Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton kərə yağı idxal edilib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2022-ci illə müqayisədə dəyər baxımından 14.6% və ya 15.7 milyon dollar, həcm baxımından isə 10.6% və ya 1 966 ton azalıb. Belə ki, 2022-ci il ərzində Azərbaycana 108 milyon 181 min dollar dəyərində 18 min 562 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Ötən il ölkəyə gətirilən kərə yağının bir kiloqramının orta idxal qiyməti 9.5 manat təşkil edib. Bu göstərici əvvəlki ildə 9.9 manat idi. Azərbaycan kərə yağını ötən il Yeni Zelandiyadan 10.5 manata, Almaniyadan 11 manata, Finlandiyadan 11.6 manata, İrandan isə 7.3 manata idxal edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü il ərzində ölkədə 27 min 22 ton kərə yağı istehsal edilib. Bu göstərici əvvəlki illə müqayisədə 4.4% çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 62.8% çox olub.