https://sputnik.az/20240202/azerbaycanda-avtomobil-ustasi-elektrik-montyoru-olan-qadinlar-var---agentlik-462315042.html
Azərbaycanda avtomobil ustası, elektrik montyoru olan qadınlar var - Agentlik
Azərbaycanda avtomobil ustası, elektrik montyoru olan qadınlar var - Agentlik
Sputnik Azərbaycan
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, hal-hazırda ölkəmizdə peşə təhsili alan 28 min 652 nəfərdən 8931-i qadındır. 02.02.2024, Sputnik Azərbaycan
2024-02-02T09:03+0400
2024-02-02T09:03+0400
2024-02-02T09:03+0400
avtomobil
təhsil
peşə
texniki peşə məktəbi
"peşə təhsili haqqında" qanun layihəsi
https://cdnn1.img.sputnik.az/img/42223/59/422235987_0:0:3071:1728_1920x0_80_0_0_930e2277af6924d4865039e961611c1b.jpg
BAKI, 2 fevral — Sputnik. "2021-2022-ci tədris ilində peşə təhsil müəssisələrinə qəbul olan 16 min 590 nəfərdən 4 min 911 nəfərini qadınlar təşkil edib. 2023-cü ildə isə tələbə adı qazanan 20 min 563 nəfərdən 6 min 931-i qadındır". Bunu Sputnik Azərbaycan-ın sorğusuna Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova açıqlamasında bildirib ki, ölkədə peşə təhsili alanların arasında qızların sayı artırılmalıdır. Bunun üzərində çalışmaq lazımdır. Agentlikdən isə bildirilib ki, hal-hazırda ümumi təhsil alan ölkəmizdə peşə təhsili alan 28 min 652 nəfərdən 8931-i qadındır. "Peşə təhsili müəssisələrinə üz tutan qadınların çoxu Bakı, Sumqayıt və Gəncə şəhərlərində təhsil alırlar. Qadınlar ən çox dayə (98,5 faiz), qrimçi-pastijor (95 faiz), laborant-mikrobioloq (93.8 faiz), moda dizaynı (93 faiz), xalçaçı (85 faiz), Qrafik dizayner (55 faiz), veb dizayner və proqram təminatçısı (48 faiz), interyer dizayner (70 faiz) peşələrini seçiblər"Agentlikdən bildirilib. Həmçinin avtomobil mühərriklərinin yığıcısı, avtomatika üzrə usta, elektrik qaz qaynaqçısı, elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis, elektrik montyoru, avtomobil üzrə elektrik, avtomobil diaqnostikası və təmiri ustası ixtisasları üzrə təhsil alan qadınların sayı isə 0,4-1 faiz arasında dəyişir. Qadınların az seçdiyi bəzi maraqlı ixtisaslar da var. Uçan aparatların cihaz avadanlıqları üzrə elektromexanik ixtisasında təhsil alan tələbələrin 5 faizini qadınlar təşkil edir. Baytarlıq və heyvandarlıq işi, neft-kimya sənayesi aparatçısı-operatoru, aqroservis mütəxəssisi, əl elektrik qaynaqçısı, balıq yetişdirilməsi üzrə mütəxəssis ixtisaslarında qadınların iştirakı 10-15 faiz arası dəyişir. Bu kimi ixtisaslarda da qadınların sayının artması müşahidə olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42223/59/422235987_340:0:3071:2048_1920x0_80_0_0_1a0ddd98a0d78baef553425c4e92c815.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtomobil, peşə, texniki peşə məktəbi, "peşə təhsili haqqında" qanun layihəsi
avtomobil, peşə, texniki peşə məktəbi, "peşə təhsili haqqında" qanun layihəsi
Azərbaycanda avtomobil ustası, elektrik montyoru olan qadınlar var - Agentlik
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, hal-hazırda ölkəmizdə peşə təhsili alan 28 min 652 nəfərdən 8931-i qadındır.
BAKI, 2 fevral — Sputnik. "2021-2022-ci tədris ilində peşə təhsil müəssisələrinə qəbul olan 16 min 590 nəfərdən 4 min 911 nəfərini qadınlar təşkil edib. 2023-cü ildə isə tələbə adı qazanan 20 min 563 nəfərdən 6 min 931-i qadındır".
Bunu Sputnik Azərbaycan-ın sorğusuna Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova açıqlamasında bildirib ki, ölkədə peşə təhsili alanların arasında qızların sayı artırılmalıdır. Bunun üzərində çalışmaq lazımdır.
Agentlikdən isə bildirilib ki, hal-hazırda ümumi təhsil alan ölkəmizdə peşə təhsili alan 28 min 652 nəfərdən 8931-i qadındır.
"Peşə təhsili müəssisələrinə üz tutan qadınların çoxu Bakı, Sumqayıt və Gəncə şəhərlərində təhsil alırlar. Qadınlar ən çox dayə (98,5 faiz), qrimçi-pastijor (95 faiz), laborant-mikrobioloq (93.8 faiz), moda dizaynı (93 faiz), xalçaçı (85 faiz), Qrafik dizayner (55 faiz), veb dizayner və proqram təminatçısı (48 faiz), interyer dizayner (70 faiz) peşələrini seçiblər"Agentlikdən bildirilib.
Həmçinin avtomobil mühərriklərinin yığıcısı, avtomatika üzrə usta, elektrik qaz qaynaqçısı, elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis, elektrik montyoru, avtomobil üzrə elektrik, avtomobil diaqnostikası və təmiri ustası ixtisasları üzrə təhsil alan qadınların sayı isə 0,4-1 faiz arasında dəyişir.
Qadınların az seçdiyi bəzi maraqlı ixtisaslar da var. Uçan aparatların cihaz avadanlıqları üzrə elektromexanik ixtisasında təhsil alan tələbələrin 5 faizini qadınlar təşkil edir.
Baytarlıq və heyvandarlıq işi, neft-kimya sənayesi aparatçısı-operatoru, aqroservis mütəxəssisi, əl elektrik qaynaqçısı, balıq yetişdirilməsi üzrə mütəxəssis ixtisaslarında qadınların iştirakı 10-15 faiz arası dəyişir. Bu kimi ixtisaslarda da qadınların sayının artması müşahidə olunur.