https://sputnik.az/20240202/almaniyada-indi-de-neqliyyat-iscilerinin-tetili-baslayib-462339853.html
Almaniyada indi də nəqliyyat işçilərinin tətili başlayıb
Almaniyada indi də nəqliyyat işçilərinin tətili başlayıb
Sputnik Azərbaycan
Tətili "Verdi" həmkarlar ittifaqı çağırıb. Onlar 130 nəqliyyat müəssisəsinin işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb... 02.02.2024, Sputnik Azərbaycan
2024-02-02T15:33+0400
2024-02-02T15:33+0400
2024-02-02T16:30+0400
almaniya
dünya xəbərləri
tətil
https://cdnn1.img.sputnik.az/img/07e8/02/02/462339686_0:286:2828:1877_1920x0_80_0_0_7a5dbed9b1a670d0e7396764a4d1053f.jpg
BAKI, 2 fevral — Sputnik. Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi tətilə başlayıb. Almaniyanın DPA agentliyi məlumat verib ki, ölkənin 80 şəhərində avtobus, tramvay və metronun hərəkəti məhdudlaşdırılıb. Tətili "Verdi" həmkarlar ittifaqı çağırıb. Onlar 130 nəqliyyat müəssisəsinin işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər. Yalnız bir federal əyalətdə - Bavariyada tətil keçirilmir. Berlində isə tətil cəmi bir neçə saat davam edəcək. Almaniyada hava limanı işçiləri kütləvi tətillərə başlayıblar Xatırladaq ki, Almaniyada bir neçə hava limanının təhlükəsizlik xidməti əməkdaşları kütləvi tətillər keçirməyə başlayıblar. Frankfurt, Hamburq, Bremen, Berlin, Leipziq, Düsseldorf, Köln, Hannover, Ştutqar, Erfurt ve Drezden şəhərlərində yerləşən hava limanlarının təhlükəsizlik xidməti işçiləri əməkhaqqının artırılması ilə bağlı razılığa gələ bilmədiklərindən tətil keçirməyə qərar veriblər. Bu isə təqribən 25 min işçini əhatə edir. Almaniya Hava Limanları Birliyi hadisə nəticəsində 1100 reysin ləğv ediləcəyini və ya təxirə salınacağını açıqlayıb. Bildirilib ki, nəticədə 200 min sərnişinin daşınmasında problem yaranacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/02/462339686_222:0:2725:1877_1920x0_80_0_0_dc261aa3172be6371edc16eda2433b36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
almaniya, tətil
Almaniyada indi də nəqliyyat işçilərinin tətili başlayıb
15:33 02.02.2024 (Yenilənib: 16:30 02.02.2024) Tətili "Verdi" həmkarlar ittifaqı çağırıb. Onlar 130 nəqliyyat müəssisəsinin işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər.
BAKI, 2 fevral — Sputnik. Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi tətilə başlayıb.
Almaniyanın DPA agentliyi məlumat verib ki, ölkənin 80 şəhərində avtobus, tramvay və metronun hərəkəti məhdudlaşdırılıb.
Tətili "Verdi" həmkarlar ittifaqı çağırıb. Onlar 130 nəqliyyat müəssisəsinin işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər. Yalnız bir federal əyalətdə - Bavariyada tətil keçirilmir. Berlində isə tətil cəmi bir neçə saat davam edəcək.
Almaniyada hava limanı işçiləri kütləvi tətillərə başlayıblar
Xatırladaq ki, Almaniyada bir neçə hava limanının təhlükəsizlik xidməti əməkdaşları kütləvi tətillər keçirməyə başlayıblar.
Frankfurt, Hamburq, Bremen, Berlin, Leipziq, Düsseldorf, Köln, Hannover, Ştutqar, Erfurt ve Drezden şəhərlərində yerləşən hava limanlarının təhlükəsizlik xidməti işçiləri əməkhaqqının artırılması ilə bağlı razılığa gələ bilmədiklərindən tətil keçirməyə qərar veriblər. Bu isə təqribən 25 min işçini əhatə edir.
Almaniya Hava Limanları Birliyi hadisə nəticəsində 1100 reysin ləğv ediləcəyini və ya təxirə salınacağını açıqlayıb. Bildirilib ki, nəticədə 200 min sərnişinin daşınmasında problem yaranacaq.