DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun baş katibi Ukraynanı ABŞ üçün "yaxşı sövdələşmə" adlandırıb

© AP Photo / Lee Jin-manNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Abunə olmaq
Stoltenberqin sözlərinə görə, NATO Amerika Birləşmiş Ştatları, onun müdafiə sənayesi üçün böyük bir bazar yaradır.
BAKI, 1 fevral — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Amerika Birləşmiş Ştatları üçün "yaxşı anlaşma" olduğunu bildirib.
Stoltenberq bunu "Washington Examiner" nəşrinə müsahibəsində deyib.
"Ukrayna ABŞ üçün yaxşı sövdələşmədir. ABŞ-ın Ukraynaya verdiyi vəsaitlərin çoxu əslində bizim Ukraynaya göndərdiyimiz ABŞ avadanlıqlarını almaq üçün ABŞ-a yatırılır" - baş katib qeyd edib.
Baş katib, həmçinin deyib ki, Vaşinqtonun NATO-dakı müttəfiqləri ABŞ-ın müdafiə sənayesini gücləndirməyə kömək edirlər.
"NATO Amerika Birləşmiş Ştatları üçün, ABŞ müdafiə sənayesi üçün böyük bir bazar yaradır" - o əlavə edib.
Xatırladaq ki, Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanı Qərbdən silahlarla təchiz etmək Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Xəbər lenti
0