https://sputnik.az/20240201/ermenistana-hucuma-hazirlasiriq-deputat-holland-nazirin-sanksiya-hedesine-cavab-verdi-462317838.html
Ermənistana hücuma hazırlaşırıq? Deputat holland nazirin sanksiya hədəsinə cavab verdi
Ermənistana hücuma hazırlaşırıq? Deputat holland nazirin sanksiya hədəsinə cavab verdi
Sputnik Azərbaycan
Soltan Məmmədov deyir ki, Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region... 01.02.2024, Sputnik Azərbaycan
2024-02-01T13:41+0400
2024-02-01T13:41+0400
2024-02-01T14:25+0400
ermənistan
siyasət
milli məclis
deputat
niderland
ikili standartlar
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/04/448237847_0:0:1000:563_1920x0_80_0_0_0748f0acbd0aaf093237bdca84fd5af2.jpg
BAKI, 1 fevral — Sputnik. Niderland Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin yanvarın 18-də keçirilmiş iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilib. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib. O bildirib ki, niderlandlı həmkarlarımızın Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri bizim ölkəmizə qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir: "İkili standartların bir çox digər Avropa ölkələrində olduğu kimi, Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biri olması təəssüf doğurur. Təəssüf doğuran daha bir fakt da bundan ibarətdir ki, Niderlandın xarici işlər naziri Hanke Bruins Slot deputatların suallarına cavab verərkən absurd ittihamlarla razılaşdığını dolayısı ilə ifadə edib. Nazir Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu da bildirib. Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə niderlandlı həmkarlarımızın əsassız mülahizələri ölkəmizə qarşı qərəzin daha bir nümunəsidir". Deputat diqqətə çatdırıb ki, Prezident müharibənin bitdiyini, ərazi bütövlüyümüzün ve suverenliyimizin bərpasından sonra yeni inkişaf strategiyasına kökləndiyimizi dəfələrlə bəyan edib: "Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə, eləcə də Ermənistanla həmsərhəd bölgələrə yatırılan milyardlarla vəsait bizim məhz sülhə fokslandığımızı göstərən əsas amildir. Bunu bütün dünyada, o cümlədən Niderlandda da yaxşı bilirlər. Azərbaycan müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifidir. Azərbaycana qarşı etnik təmizləmə iddialarının əsassız olduğunu isə Qarabağa səfər edən BMT missiyasının hesabatları təsdiq edir. Əgər niderlandlı həmkarlarımız Ermənistandan qovulmuş azərbaycanlıların öz yaşayış yerlərinə qayıtmasını ərazi iddiası kimi qəbul edirsə, bu, insan hüquq və azadlıqları prizmasından qiymətləndirilməli olan bir məsələdir". O bildirib ki, bu gün biz dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözləyirik. Lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edir. Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir. "Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, müstəqil siyasət yürütməsindən narahat olmağa əsas yoxdur. Əksinə, müstəqil siyasət yürütmək imkanı mübahisələrin, anlaşılmazlıqların üçüncü tərəflərin müdaxiləsi olmadan sadə həll yollarını tapmaq üçün etibarlı zəmin yaradır" – deputat əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/04/448237847_125:0:876:563_1920x0_80_0_0_83dcb38d5c2b13bd96e5c01648de3439.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ermənistan, milli məclis, deputat, niderland, ikili standartlar
ermənistan, milli məclis, deputat, niderland, ikili standartlar
Ermənistana hücuma hazırlaşırıq? Deputat holland nazirin sanksiya hədəsinə cavab verdi
13:41 01.02.2024 (Yenilənib: 14:25 01.02.2024) Soltan Məmmədov deyir ki, Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir.
BAKI, 1 fevral — Sputnik. Niderland Parlamentinin İkinci Palatasının Xarici Əlaqələr Komitəsinin yanvarın 18-də keçirilmiş iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.
O bildirib ki, niderlandlı həmkarlarımızın Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri bizim ölkəmizə qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir:
"İkili standartların bir çox digər Avropa ölkələrində olduğu kimi, Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biri olması təəssüf doğurur. Təəssüf doğuran daha bir fakt da bundan ibarətdir ki, Niderlandın xarici işlər naziri Hanke Bruins Slot deputatların suallarına cavab verərkən absurd ittihamlarla razılaşdığını dolayısı ilə ifadə edib. Nazir Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu da bildirib. Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə niderlandlı həmkarlarımızın əsassız mülahizələri ölkəmizə qarşı qərəzin daha bir nümunəsidir".
Deputat diqqətə çatdırıb ki, Prezident müharibənin bitdiyini, ərazi bütövlüyümüzün ve suverenliyimizin bərpasından sonra yeni inkişaf strategiyasına kökləndiyimizi dəfələrlə bəyan edib: "Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə, eləcə də Ermənistanla həmsərhəd bölgələrə yatırılan milyardlarla vəsait bizim məhz sülhə fokslandığımızı göstərən əsas amildir. Bunu bütün dünyada, o cümlədən Niderlandda da yaxşı bilirlər. Azərbaycan müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifidir. Azərbaycana qarşı etnik təmizləmə iddialarının əsassız olduğunu isə Qarabağa səfər edən BMT missiyasının hesabatları təsdiq edir. Əgər niderlandlı həmkarlarımız Ermənistandan qovulmuş azərbaycanlıların öz yaşayış yerlərinə qayıtmasını ərazi iddiası kimi qəbul edirsə, bu, insan hüquq və azadlıqları prizmasından qiymətləndirilməli olan bir məsələdir".
O bildirib ki, bu gün biz dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözləyirik. Lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edir. Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir.
"Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, müstəqil siyasət yürütməsindən narahat olmağa əsas yoxdur. Əksinə, müstəqil siyasət yürütmək imkanı mübahisələrin, anlaşılmazlıqların üçüncü tərəflərin müdaxiləsi olmadan sadə həll yollarını tapmaq üçün etibarlı zəmin yaradır" – deputat əlavə edib.