DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Xüsusi səfir: Ermənistan Qərbin təzyiqləri nəticəsində KTMT-nin tədbirlərinə qatılmır

© AFP 2023 / VYACHESLAV OSELEDKOKTMT hərbçləri
KTMT hərbçləri - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Abunə olmaq
Səfir Viktor Vasilyev qeyd edib ki, Rusiya Qərbin Ermənistan üzərindən Qafqazda vəziyyəti gərginləşdirmək səylərini görür.
BAKI, 1 fevral - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə xüsusi səfiri Viktor Vasilyev yerli KİV-ə açıqlamasında Ermənistanın təşkilatdan çıxmasının gündəmdə olmadığını deyib.
O, İrəvanın KTMT tədbirlərində iştirak etməməsini Ermənistanın öz seçimi adlandırıb.
“Bu, Qərbin təzyiqi və emosiyaların nəticəsidir” - səfir vurğulayıb.
Diplomat qeyd edib ki, ağlın səsi gec-tez emosiyalardan üstün olacaq: “Ermənistanın təhlükəsizliyi, o cümlədən hərbi-texniki sahənin inkişafı KTMT-də əməkdaşlıq olmadan mümkün görünmür. Mən bunu təsdiq edən məlumatları açıq şəkildə deyə də bilərəm”.
XİN rəsmisi əlavə edib ki, Rusiya Qərb dövlətlərinin Ermənistandakı vəziyyətdən təkcə ölkə daxilində deyil, bütün Qafqazda vəziyyəti gərginləşdirmək üçün istifadə etmək səylərini görür.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl KTMT-nin addımlarının İrəvanın maraqlarına uyğun gəlmədiyini bildirmişdi.
29.01.24, 15:37
Ermənistan hələ də KTMT-nin yekun sənədlərini imzalamayıb
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yekun sənədlərini hələ imzalamayıb.
Sputnik Ermənistanın xəbərinə görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr hələ davam edir.
Bildirilib ki, sözügedən sənəd 2023-cü ilin noyabrında KTMT-nin Belarusun paytaxtı Minskdə keçirilən sammitində Ermənistan nümayəndəsi iştirak etmədiyi üçün imzalanmayıb.
Ötən ilin dekabrında sammitdə qəbul edilən normativ aktları İrəvana səfəri zamanı təşkilatın baş katibi İmanqali Tasmaqambetov Ermənistan tərəfinə təqdim edib.
03.01.24, 21:40
Ermənistan KTMT təlimlərində iştirak edəcək?
Ermənistan Müdafiə Nazirliyi İrəvanın 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərində iştirakı məsələsinə münasibət bildirib.
Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
“KTMT-nin təlimlərində iştirak məsələsi təşkilatın hər bir üzvü tərəfindən birbaşa təlimlərin elan edilməsi mərhələsində həll olunur”, - deyə məlumatda bildirilir.
2023-cü ilin noyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının o dövrkü rəisi, general-polkovnik Anatoli Sidorov 2024-cü ildə KTMT-nin Qazaxıstan və Qırğızıstanda təlimlərinin keçiriləcəyini bildirmişdi.
Xüsusilə, Kollektiv Çevik Hücum Qüvvələri ilə təlimlərin 2024-cü ildə keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Ermənistan 2023-cü il oktyabrın 9-13-də Qırğızıstanda keçirilən KTMT-nin “Sarsılmaz qardaşlıq” hərbi təlimlərində iştirakdan imtina edib. Ermənistan rəhbərliyi də Təşkilatın iclaslarında iştirak etmir.
Xatırladaq ki, Qazaxıstan prezident Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hasisələrdə çəkindirici rol oynadığını açıqlayıb.
O, KTMT sülhməramlılarının antiterror əməliyyatında iştirak etmədiyini və bir güllə belə atmadığını vurğulayıb. Təşkilatın üzvü olan ölkələrlə razılığa əsasən, onun kontingenti heç bir ilkin şərt qoyulmadan və vaxtından əvvəl ölkəni tərk edib.
Qazaxıstanda yanvar iğtişaşları 2022-ci il yanvarın 2-də maye qazın qiymətində kəskin artımdan sonra başlayıb. Yanvarın 19-dək respublika ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib və hökumət buraxılıb. Terrorla mübarizə əməliyyatı keçirilib. Ölkənin Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar nəticəsində 230 nəfər, o cümlədən 19 təhlükəsizlik işçisi həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0