SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Biz sanksiya tətbiq etsək, çöldə qalacaqlar - Aqil Abbas

Aqil Abbas  - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Abunə olmaq
Deputat Aqil Abbas deyib ki, Fransa Qazaxıstandan Uran alsa, onu ya Rusiya ərazisindən daşımalıdır, ya da Azərbaycandan. Əgər Azərbaycan da Rusiya kimi sanksiya tətbiq etsə, Fransa nə edəcək?!
BAKI, 1 fevral — Sputnik. Fransa Prezidenti Emmanuel Makronu Azərbaycana dəvət etsinlər, görsün ermənilər burada necə yaşayırlar.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Azərbaycanı sanksiya ilə hədələyirlər. Lakin sanksiyadan qorxmaq lazım deyil:
"Çünki biz 30 ildir sanksiya altındayıq. İrana sanksiya tətbiq edirlər, İran artıq hər şeyini özü istehsal edir. Amma biz sanksiya tətbiq etsək, onlar çöldə qalacaqlar. Bizi sanksiya ilə hədələmək lazım deyil. Rusiya vurdu Fransanı Afrikadan çıxartdı. Fransanın urana ehtiyacı var, tək ümidi indi Qazaxıstana qalıb. Qazaxıstandan Fransaya iki yol var. Çünki uranı təyyarələrlə daşımaq olmaz, mütləq gəmiylə daşınmalıdır. Bunun üçün yol ya Rusiyadan keçir, ya da Azərbaycandan. Rusiya buna imkan vermir. Qalıb Azərbaycan. Bəs biz sanksiya tətbiq etsək, Fransa nə edəcək?!"
Aqil Abbas Fransa Prezidenti Emmanuel Makronu Azərbaycana dəvət etmək ideyasını da irəli sürüb:
"Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. O gəlsin, görsün ermənilər burada necə yaşayır. Gəlsin görsün Şuşada o kilsələri necə təmir edirlər. Amma Allah haqqı, mənim əlimdə imkan olsa, onları təmir eləmərəm".
Xəbər lenti
0