CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı buxtasını nələr gözləyir? - Eksklüziv açıqlama

© AP Photo / Darko VojinovicBulvar
Bulvar - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Abunə olmaq
Ceyhun Muradov deyib ki, sadalanan işlərin əsas icraçıları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti və Dənizkənarı Bulvar İdarəsidir.
BAKI, 1 fevral — Sputnik. Bakı buxtasına daxil olan 31 axardan hövzəyə çirkab suların və neftli məhsulların axıdılmasının qarşısı alınacaq. Bunu Sputnik Azərbaycan-a eksklüziv açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov bildirib.
Qeyd edək ki, Bakı buxtasının təmizlənməsi proqramı hazırlanır. Bunu baş planın təqdimatında Bakı meri Eldar Əzizov bildirib. O deyib ki, bu iş prezidentin tapşırığı ilə ekologiya nazirliyinə həvalə olunub. Hazırda proqram hazırlanır.
Ceyhun Muradov bu proqramda nələrin yer alacağını ilk dəfə Sputnik Azərbaycan-a danışıb.
O, bildirib ki, Bakı buxtasının təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Nazirlər Kabinetində iclas keçirilib. İclasda Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Müdafiə nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti, Dənizkənarı Bulvar İdarəsi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Dəniz və Liman Agentliyinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib. Bakı buxtasının problemləri, axarlar və buxtaya təsirlərlə bağlı təqdimatlar olub, müzakirələr aparılıb. İclasda verilən tapşırıqlara uyğun olaraq qurumlar tərəfindən müvafiq təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.Nazirlər Kabineti tərəfindən aidiyyəti qurumlara Bakı buxtasının təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir neçə istiqamətdə fəaliyyətin təşkil olunması tapşırılıb:
-Bakı buxtasına daxil olan 31 axardan hövzəyə çirkab suların və neftli məhsulların axıdılmasının qarşısının alınması.
-Buxtanın tullantılardan təmizlənməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi.
-Ağ şəhər istiqamətində, Bibiheybət NQÇİ-nin ərazisindəki neft-şlam anbarı və ətrafdakı digər neftlə çirklənmiş sahələrdə torpaqların təmizlənməsi.
-Dəniz suyunun çəkilməsi ilə əlaqədar sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların, estakadaların və batmış su nəqliyyat vasitələrinin demontaj olunaraq ərazidən kənarlaşdırılması.
C. Muradov deyib ki, sadalanan işlərin əsas icraçıları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti və Dənizkənarı Bulvar İdarəsidir. Bakı buxtasının təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması işinin koordinasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb.
Xəbər lenti
0