https://sputnik.az/20240201/azerbaycanla-serbiya-arasinda-herbi-emekdasliq-plani-imzalanib-462317120.html
Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlıq planı imzalanıb
Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlıq planı imzalanıb
Sputnik Azərbaycan
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə... 01.02.2024, Sputnik Azərbaycan
2024-02-01T12:37+0400
2024-02-01T12:37+0400
2024-02-01T12:37+0400
serbiya
hərbi
hərbi-texniki əməkdaşlıq
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e8/02/01/462315838_0:72:931:596_1920x0_80_0_0_a511abc18f9abee57790a0a73a8e665b.jpg
BAKI, 1 fevral — Sputnik. Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Xatırladaq ki, 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb. 2023-cü ilin dekabrın 10-da Azərbaycna Prezidenti İlham Əliyev Serbiya Respublikasına işgüzar səfər edib. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edən Azərbaycan prezidenti səfəri çərçivəsində Serbiya hərbi texnika və avadanlıqları ilə də tanış olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/01/462315838_21:0:910:667_1920x0_80_0_0_6e00c8275e68686726884f4077ba5591.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
serbiya, hərbi-texniki əməkdaşlıq, prezident ilham əliyev
serbiya, hərbi-texniki əməkdaşlıq, prezident ilham əliyev
Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlıq planı imzalanıb
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
BAKI, 1 fevral — Sputnik. Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Xatırladaq ki, 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.
2023-cü ilin dekabrın 10-da Azərbaycna Prezidenti İlham Əliyev Serbiya Respublikasına işgüzar səfər edib. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edən Azərbaycan prezidenti səfəri çərçivəsində Serbiya hərbi texnika və avadanlıqları ilə də tanış olub.