CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlar Azərbaycanda ödənişli və qısamüddətli hərbi xidmətə keçidi təklif ediblər

© Official website of President of Azerbaijan RepublicAzərbaycan hərbçiləri
Azərbaycan hərbçiləri - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Abunə olmaq
Deputat Siyavuş Novruzov deyib ki, bizim üçün ən düzgün hərbi xidmət alternativ, müqavilə əsasında olan hərbi xidmətdir.
BAKI, 1 fevral — Sputnik. "Dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətə hərbi xidmət keçmək dünya təcrübəsində mövcuddur. Azərbaycanda ödənişli və qısamüddətli hərbi xidmətə keçirilməsini təklif edirəm".
Bunu deputat Elnur Allahverdiyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Onun fikrincə, belə bir dəyişiklik olsa, bu, bir sıra problemlərin həllində rol oynaya bilər: "Xüsusilə, gənclərin təhsili ilə bağlı məsələlərdə bu dəyişiklik kömək etmiş olar. Təhsilini və karyerasını davam etdirmək istəyən gənclər qısamüddətli hərbi xidmət keçməklə yenidən təhsillərini davam etdirə bilərlər. Bizdə hərbi xidmət 1 il yarım və ali təhsillilər üçün 1 il müəyyən edilib. Büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər".
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bəzi ölkələrdə alternativ və qarışıq hərbi xidmət növləri var. Bizdə ordunun bir hissəsi artıq müqavilə əsaslı orduya keçib:

"Orduda təsərrüfat məsələləri və digər məsələlər artıq mülki şəxslər tərəfindən həyata keçirilir, onlar kifayət qədər əməkhaqqı alır. Digər tərəfdən, Ordumuza çox müasir texnikalar alınır, onu yeni hərbi xidmətə gələn gəncə əmanət etmək olmaz. Yəni bu texnikanın idarə olunması üçün yetişmiş, savadlı kadrlar olmalıdır. Bizdə də əsgərlik müddəti ali təhsillilər üçün 1 il, digərləri üçün 1 il 6 aydır. Bu müddət o texnikanın öyrənilməsi üçün çox azdır".

"Bizdə pul müqabilində az müddətə hərbi xidmətə getmək hələ tətbiq olunmur. Türkiyədə, bu yaxınlarda Ermənistanda da artıq bu tətbiq olunur. Bizim üçün ən düzgün hərbi xidmət alternativ, müqavilə əsasında olan hərbi xidmətdir. Bu, həm də iş yeridir" – deputat əlavə edib.
Xəbər lenti
0