DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Konqresində korrupsiya səbəbindən Ukraynanın maliyyələşdirilməsi qınanıb

© AP Photo / Alex BrandonABŞ Konqresi
ABŞ Konqresi - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Abunə olmaq
American Conservative: ABŞ konqresmenləri Ukrayna Silahlı Qüvvələrindəki korrupsiya qalmaqalından qəzəbləniblər.
BAKI, 1 fevral — Sputnik. ABŞ Konqresində Ukrayna Silahlı Qüvvələrində (USQ) korrupsiya qalmaqalı fonunda Amerikanın Ukraynaya maliyyə ayırmaq siyasətini tənqid ediblər.
Bu barədə Rusiya mediası "The American Conservative" nəşrinə istinadən xəbər verib.
"Bir neçə il əvvəl Ukrayna haqqında bildiyimiz yeganə şey Ukraynanın ən korrupsiyalaşmış ölkə olmasıdır. Ukrayna Hanter Baydendən başlayaraq kirli siyasətçilərin çirkli pullarının yuyulması üçün "camaşırxanaya" çevrilib" - Montana ştatının Nümayəndələr Palatasının üzvü Mett Rozendeyl bildirib.
Arizona ştatının konqresmeni Eli Kreyn Ukraynadakı korrupsiyanı iyrənc adlandırıb. O, Kiyevə ayrılan pulun ABŞ-da daha faydalı ola biləcəyini bildirib. Kreyn təəssüflə vurğulayıb ki, bu dələduzluq hadisəsi "çox güman ki, aysberqin görünən hissəsidir".
Polşanın "Do Rzeczy" nəşri fevralın 1-də yazıb ki, Ukrayna hakimiyyəti daxili siyasi gərginlik və korrupsiya qalmaqalları fonunda Qərb ölkələrinə ölkənin NATO və Aİ-yə üzv olmasının təxirə salınmasına səbəb olur.
Yanvarın 31-də ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşündə Kiyevin korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini müzakirə edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukraynada korrupsiyanın inanılmaz səviyyəsi ABŞ-ı qıcıqlandırır.
Xəbər lenti
0