DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Ukrayna ilə münaqişədə qalib gələrsə, Rusiya ilə toqquşmadan ehtiyat edir

© Sputnik / Станислав Красильников / Mediabanka keçidRusiya tankı
Rusiya tankı - Sputnik Azərbaycan, 1920, 01.02.2024
Abunə olmaq
İttifaq ölkələri Macarıstanı Ukraynaya maliyyə yardımının göstərilməsinə mane olmamağa inandırmaq üçün ona təzyiqləri artırırlar.
BAKI, 1 fevral — Sputnik. Avropa İttifaqı dövlətlərinin rəhbərliyi Moskvanın Kiyevlə qarşıdurmada qalib gələcəyi təqdirdə Rusiya ilə münaqişə riskindən ehtiyat edirlər. Buna görə də ittifaq ölkələri Macarıstanı Ukraynaya maliyyə yardımının göstərilməsinə mane olmamağa inandırmaq üçün ona təzyiqləri artırırlar.
Bu fikri "The Wall Street Journal" (WSJ) bildirib.
Qeyd edildiyi kimi, Aİ liderləri Macarıstanı bir daha Kiyevə 50 milyard avro ayrılmasını təsdiqləməsə, bəzi məsələlər üzrə səsvermə hüququndan məhrum edəcəkləri və Budapeştin maliyyələşdirilməsinə mane olacaqları ilə hədələyirlər. Nəşr vurğulayıb ki, avropalı siyasətçilərin bu tonu onların təhlükəsizliyinin "təhdid oluna biləcəyi" qorxusu ilə bağlıdır.
Yanvarın 19-da Fransa Prezidenti Emmanuel Makron hərbçilərə müraciətində qeyd edib ki, "Rusiyanın qələbəsi Avropa təhlükəsizliyinin sonu demək olacaq". Bundan az sonra Almaniyanın müdafiə naziri Boris Pistorius "ZDF" televiziya kanalında deyib ki, Qərbin Rusiya Federasiyası ilə mümkün toqquşmasına 3-5 il vaxt qalıb. Fevralın 1-də Brüsseldə keçiriləcək Aİ-nin fövqəladə sammiti ərəfəsində Aİ-nin yüksək səviyyəli rəsmisi bildirib ki, 26 Aİ ölkəsinin liderləri və Avropa qurumlarının rəhbərləri Macarıstanı Ukraynaya 50 milyard avroluq yardımı təsdiqləməyə hələ də inandıra bilməyiblər.
Ötən il dekabrın 14-15-də keçirilən Aİ-nin sonuncu sammitində Macarıstanın baş naziri Viktor Orban 2024-2027-ci illər üçün ittifaq büdcəsinə Ukraynaya 50 milyard avro ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb. Əvəzində o, Kiyevə vəsaitlərin xərclənməsinə ciddi nəzarət etməklə illik əsasda maliyyə yardımı etməyi təklif edib. Bu məsələ fevralın 1-də keçiriləcək görüşdə Aİ liderləri tərəfindən yenidən müzakirə olunacaq.
Xəbər lenti
0