https://sputnik.az/20240131/turkiyede-zelzele-bolgesinde-61-722-bina-sokulecek-451822269.html
Türkiyədə zəlzələ bölgəsində yeni evlər fevralın 6-da təhvil veriləcək
Türkiyədə zəlzələ bölgəsində yeni evlər fevralın 6-da təhvil veriləcək
Sputnik Azərbaycan
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. 31.01.2024, Sputnik Azərbaycan
2024-01-31T23:09+0400
2024-01-31T23:09+0400
2024-01-31T21:09+0400
zəlzələ
hadisə
türkiyə
bina
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697785_0:160:3072:1888_1920x0_80_0_0_955b1852db4a64dc0445fc4a8b68529b.jpg
BAKI, 31 yanvar — Sputnik. Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş əyalətlərdə tikilməkdə olan polad kənd evləri fevralın 6-dan vətəndaşlara təhvil verilməyə başlayacaq.“Report” xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki "X" hesabında paylaşım edib."Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün", - o yazıb.Qeyd edək ki, ötən il fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.16.02.23Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.“Report” xəbər verir ki, bu, ölkənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin apardığı monitorinq nəticəsində məlum olub.Məlumata görə, 13 917 bina orta dərəcədə zədələnib.Zəlzələ bölgələrində binalara dəyən zərərin qiymətləndirilməsi işləri davam edir.Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb.Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697785_171:0:2902:2048_1920x0_80_0_0_55dbc8eb5360f357f556e9a52f3a48d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, türkiyə, bina
Türkiyədə zəlzələ bölgəsində yeni evlər fevralın 6-da təhvil veriləcək
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
BAKI, 31 yanvar — Sputnik. Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş əyalətlərdə tikilməkdə olan polad kənd evləri fevralın 6-dan vətəndaşlara təhvil verilməyə başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki "X" hesabında paylaşım edib.
"Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün", - o yazıb.
Qeyd edək ki, ötən il fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Türkiyədə zəlzələ bölgəsində 61 722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək.
“Report” xəbər verir ki, bu, ölkənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin apardığı monitorinq nəticəsində məlum olub.
Məlumata görə, 13 917 bina orta dərəcədə zədələnib.
Zəlzələ bölgələrində binalara dəyən zərərin qiymətləndirilməsi işləri davam edir.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.