Tarixdə bu gün: 31 yanvar - FOTO
08:37 31.01.2024 (Yenilənib: 09:31 31.01.2024)
© Sputnik / Elnur Salayev31 yanvar
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 31 yanvar — Sputnik. Yanvarın 31-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Yanvarın 31-də kimlər dünyaya gəlib?
Frans Şubert (1797-1828) - avstriyalı bəstəkar, musiqidə romantizmin banilərindən biridir. O, 602 vokal kompozisiyanın, həmçinin çoxlu sayda kamer və solo fortepiano əsərlərinin müəllifidir.
© Sputnik / Олег МакаровAvstriya bəstəkarı Frans Peter Şubertin portretinin reproduksiyası.
Avstriya bəstəkarı Frans Peter Şubertin portretinin reproduksiyası.
© Sputnik / Олег Макаров
Vanqa (1911-1996) dünyanın ən vacib hadisələrini qabaqcadan görmək kimi unikal bacarığa sahib olan bolqar öncəgörəndir. Onun əsl adı Vangeliya Quşterovadır.
Vera Qlagoleva
© Sputnik / Yekaterina Chesnokova
/ Castin Timberleyk (1981) amerikalı müğənni, bəstəkar, prodüser, rəqqas və aktyordur. O, 4 “Emmy” mükafatının və 9 “Grammy” mükafatının qalibidir.
© AP Photo / Isaac BrekkenCastin Timberleyk
Castin Timberleyk
© AP Photo / Isaac Brekken
Yuliya Naçalova (1981-2019) - rusiyalı müğənni, aktrisa, televiziya aparıcısıdır. O, 39 yaşında qanın zəhərlənməsi və ürək çatışmazlığından dünyasını dəyişib.
Yuliya Naçalova
© Sputnik / Anton Denisov
/ Yanvarın 31-də dünyada baş verən tarixi hadisələr
1729-cu ildə İstanbulda ərəb şrifti ilə ilk çap kitabı nəşr olunub. Bu, Əbu Nəsr İsmayıl ibn Həm-od əl-Farabi əl-Cövhərinin türk dilinə tərcümə etdiyi izahlı lüğət olub.
1990-cı ildə SSRİ-də ilk “McDonald's” Moskvada açılıb.
2020-ci ildə İngiltərə rəsmi olaraq Avropa İttifaqını tərk edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.