https://sputnik.az/20240131/moskva-pasinyanin-hucum-etmemek-pakti-teklifine-munasibet-bildirib-462310222.html
Moskva Paşinyanın hücum etməmək paktı təklifinə münasibət bildirib
Moskva Paşinyanın hücum etməmək paktı təklifinə münasibət bildirib
Sputnik Azərbaycan
Zaxarova deyir ki, üçtərəfli bəyanatlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin işlənməsini özündə ehtiva edən barışıq üçün alternativ yol... 31.01.2024, Sputnik Azərbaycan
2024-01-31T20:05+0400
2024-01-31T20:05+0400
2024-01-31T20:38+0400
moskva
siyasət
ermənistan
ayxan hacızadə
mariya zaxarova
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
azərbaycan
hücum
https://cdnn1.img.sputnik.az/img/07e6/02/03/438796062_0:213:2882:1834_1920x0_80_0_0_de32f55ea35afcae8821f94b0b665caa.jpg
BAKI, 31 yanvar — Sputnik. Cənubi Qafqazda sabitliyin yaradılmasının ən yaxşı təminatı Azərbaycan, Rusiya və Ermənistan arasında ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlərin həyata keçirilməsidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. "Rusiya Cənubi Qafqazda sabitliyin və davamlı uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatını ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər toplusunun həyata keçirilməsinin tez bir zamanda bərpası hesab edir" - Zaxarova İrəvanın Azərbaycan tərəfinə hücum etməmək haqqında paktı imzalamaq təklifini şərh edərkən qeyd edib. Onun sözlərinə görə, üçtərəfli bəyanatlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin işlənməsini özündə ehtiva edən barışıq üçün alternativ yol xəritəsi deyil. Xatırladaq ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanması prosesi uzanacağı təqdirdə Bakıya hücum etməmək paktı imzalamağı təklif etmişdi. Nikol Paşinyan deyib: "Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini tətbiq etməyi təklif etdik. Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı üzə çıxarsa, təcavüz etməmək haqqında paktı imzalamaq təklif edildi". Onun sözlərinə görə, Ermənistan sülh gündəminə sadiqdir və ondan kənara çıxmayacaq. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan mətbuatına müsahibəsində bildirib ki, rəsmi Bakı Ermənistanla şərti sərhəddən "güzgü" prinsipi əsasında qoşunlarını çıxarmaq niyyətində deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır. "Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb. Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir", - A.Hacızadə bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/03/438796062_77:0:2806:2047_1920x0_80_0_0_3abba7bad29b5995a0cb65a0721bb79d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva, ermənistan, ayxan hacızadə, mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, azərbaycan, hücum
moskva, ermənistan, ayxan hacızadə, mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, azərbaycan, hücum
Moskva Paşinyanın hücum etməmək paktı təklifinə münasibət bildirib
20:05 31.01.2024 (Yenilənib: 20:38 31.01.2024) Zaxarova deyir ki, üçtərəfli bəyanatlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin işlənməsini özündə ehtiva edən barışıq üçün alternativ yol xəritəsi deyil.
BAKI, 31 yanvar — Sputnik. Cənubi Qafqazda sabitliyin yaradılmasının ən yaxşı təminatı Azərbaycan, Rusiya və Ermənistan arasında ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlərin həyata keçirilməsidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Rusiya Cənubi Qafqazda sabitliyin və davamlı uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatını ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər toplusunun həyata keçirilməsinin tez bir zamanda bərpası hesab edir" - Zaxarova İrəvanın Azərbaycan tərəfinə hücum etməmək haqqında paktı imzalamaq təklifini şərh edərkən qeyd edib.
Onun sözlərinə görə, üçtərəfli bəyanatlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin işlənməsini özündə ehtiva edən barışıq üçün alternativ yol xəritəsi deyil.
Xatırladaq ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanması prosesi uzanacağı təqdirdə Bakıya hücum etməmək paktı imzalamağı təklif etmişdi.
Nikol Paşinyan deyib: "Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini tətbiq etməyi təklif etdik. Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı üzə çıxarsa, təcavüz etməmək haqqında paktı imzalamaq təklif edildi".
Onun sözlərinə görə, Ermənistan sülh gündəminə sadiqdir və ondan kənara çıxmayacaq.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan mətbuatına müsahibəsində bildirib ki, rəsmi Bakı Ermənistanla şərti sərhəddən "güzgü" prinsipi əsasında qoşunlarını çıxarmaq niyyətində deyil.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.
"Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb. Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir", - A.Hacızadə bildirib.