https://sputnik.az/20240131/ermenistanda-nasizmin-genislenmesi-kimlerin-maraqlarina-xidmet-edir-462309894.html
Faşizmə qarşı ən sərt mübarizəni məhz Rusiya aparır - Milli Məclisin deputatı
Faşizmə qarşı ən sərt mübarizəni məhz Rusiya aparır - Milli Məclisin deputatı
Sputnik Azərbaycan
Leninqrad uşaqlarının xatirəsinə qoyulmuş abidəyə qarşı sərgilənən vandalizm Ermənistanın faşizm ideologiyası üzərində kökləndiyini nümayiş etdirir. 31.01.2024, Sputnik Azərbaycan
2024-01-31T20:39+0400
2024-01-31T20:39+0400
2024-02-01T18:27+0400
erməni
təhlil
nasist
ermənistan
genişlənmə
qərb
qərb
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437352728_2:0:3133:1761_1920x0_80_0_0_86941ac4765d61392e1dd829b3646dbc.jpg
BAKI, 31 yanvar — Sputnik. Yanvarın 29-da İrəvanda İkinci Dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidə vandalizmə məruz qalıb. Hadisəyə Rusiya tərəfinin münasibəti sərt olub. Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiya İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktını qətiyyətlə pisləyir. Bu, Paşinyan hakimiyyəti dönəmində Ermənistanda nasizmin güclənməsi ilə bağlı ortaya çıxan yeganə fakt deyil. Xatırlatmaq istərdik ki, bu ilin əvvəlində Ermənistanın paytaxtı İrəvanda bir qrup ifrat sağçının erməni millətçi ideologiyasının banisi Qaregin Njdenin heykəli önündə nasist salamlaşmasına bənzər salamlama hərəkəti bir müddət əvvəl sosial mediada müzakirlərə səbəb olmuşdu. Görünən odur ki, Ermənistanda nasizm meylləri güclənir və bunun nə vəd etməsi sual doğurur. Mövzu ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a bildirib ki, Ermənistanda son illərdə çox aydın şəkildə görürük ki, faşizm və neofazim ideyaları inkişaf editdirilir və buna rəsmi şəkildə dəstək nümayiş olunmaqdadır. Bütün bunlar Ermənistanın olduqca təhlükəlki tendensiyaya qoşulmasının göstəricisidr. Faşizm ideologiyasi ermənbilərin xarakterinə uyğun gəlir. Azərbaycan xalqına törədilmiş cinayətlər bunun bariz sübutudur. Faşistlərin dünya xalqlarının başına gətirdiyi oyunları, ötən əsrin doxsanıncıə illərinin əvvəlində emənilər Azərbaycan xalqının başına gətirib". Millət vəkili deyir ki, faşizm ideayları Ermənistan cəmiyyəti üçün yeni bir şey ehtiva etmir: "Bu cəmiyyətin özündə bu ideyalara meyllilik tarixən olub və müxtəlif dövrlərdə qəddar şəkildə özünü büruzə verib. Ayrıca olaraq Leninqrad uşaqlarının xatirəsinə qoyulmuş abidəyə qarşı sərgilənən vandalizm Ermənistanın faşizm ideologiyası üzərində kökləndiyini nümayiş etdirir. Qərbin çox ciddi təsir imkanları olduğu ölkələrdə faşizm ideologiyası çox sürətlə oturuşmaqdadır. Faşizm ideolgiyasının siyasi dəstək alaraq genişləndirilməsi ayrı-ayrı xalqları təsir altında saxlamaq üçün dünyanın ayrı-ayrı mərkəzləri bundan istifadə etməkdədirlər". Elşad Mirbəşiroğlunun sözlərinə görə, bunu digər postsovet ölkələrində də aydın şəkildə müşahidə etmək mümkündür: "Fransanın neokolonializm siyasətinin əsasında neofaşizm ideolgiyaları dayanmaqdadır. Ermənistan da Fransanın təsiri altında olan ölkələrdəndir. Bu baxımdan Ermənistanda faşizm ideologiyasının genişləndirilməsi, ayrıca olaraq da anti-Rusiya meyllərinin dərinləşdirilməsi həm də kənardan təşviq olunmaqdadır. Cənubi Qafqaz regionunda Ermənistanın timsalında faşizm ideolgiyasının genişlənməsi regionun təhlükəsizliyinə təhdid yaratmaqdadır. Region dövlətlərinin hər biri bunun qarşısının alınmasında fəal rol oynamalıdırlar". "Ayrı-ayrı ölkələrdə faşizm ideologiyasının genişləndirilməsi həm də Rusiyaya qarşı mübarizə formasıdır. Çünki bu gün dünyada faşizmə qarşı ən sərt mübarizəni məhz Rusiya aparır. Ona görə də bir sıra ölkələrdə anti-Rusiya meylliliyinin gücləndirilməsi istiqamətində faşizm ideologiyası alət kimi istifadə olunmaqdadır", millət vəkili vurğulayıb. Politoloq Elşən Manafov hesab edir ki, Ermənistanda nasizmin topluma,xüsusən gənclərə təsir imkanlarının genişləndirilməsi və gücləndirilməsi istiqamətində ideoloji iş məqsədyönlü şəkildə aparılır və anti-Rusiya ovqatının cəmiyyətə yüklənməsi prosesinin tərkib hissəsini təşkil edir: "Paşinyan iqtidarı bu layihələrin həyata keçirilməsində birbaşa iştirak etməsə də,nasistlərə münasibətdə dözümlülük, qanunvericiliyin tələb etdiyi konteksdə onlara qarşı əməli tədbirlərin görülməməsi,hökümətin bütün baş verən hadisələrdə bilavasitə iştirakçılığı və ya maraqları olması barədə düşünməyə əsas verir". Politoloqun sözlərinə görə, ifrat millətçiliyin gücləndirilməsi istiqamətində direktivlər MDB ərazisində Qərblə yaxından əməkdaşlıq edən siyasi istibleşmentlərə məhz Qərbin xüsüsi xidmət orqanları tərəfindən ötürülür: "Ukraynada banderaçıların açıq şəkildə keçirdiyi nümayişlər, Stepan Banderanın dövlət tərəfindən milli qəhrəman səviyyəsinə qaldırılmasi,Moldovanın parçalanması,onun Rumıniyaya birləşdirilməsi məqsədilə millətçilik dalğasında siyasi partiyaların apardığı iş, Belarusiyada yaşananlar,adı çəkilən ölkələrdə faşist svastikasından geniş istifadə, faşistlərə məxsus salamlama halları bütün bunların eyni mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir". Elşən Manafov qeyd edir ki, Qərb Rusiyaya qarşı apardığı mübarizəsində ifrat millətçi hərəkatların bəlli dövlətlərin cəmiyyətlərinə göstərə biləcəyi ideolji təsir rıçaqlarından istifadə etməyə çalışır: "İstər II cahan savaşı, istərsə də soyuq müharibə illərində Qərb ifrat millətçiliyin kütlədə doğurduğu impulsiv illiyuziyalardan istifadə etmiş, milli azadlıq hərəkatı adı altında ifrat millətmilik azarına yoluxdurmuş kütlələri Rusiyaya qarşı mübarizəyə kökləyə bilib. SSRİ kimi fövqəldövlətin dağılmasına da Qərb məhz ifrat millətçilik azarını topluma yoluxdura bilmiş təsir agentlərinin və korporativ maraqlara köklənmiş siyasi istibleşmentlərin vasitəsilə həyata keçirmişdir.Hazırda eyni ssenari fərqli zamanda baş rollarda yer almış,satellit siyasətçilər tərəfindən adı çəkilən ölkələrdə icra olunur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437352728_393:0:2741:1761_1920x0_80_0_0_05dd9b53f3e49c5d918556e0d587bfa4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
erməni, nasist, ermənistan, genişlənmə, qərb, qərb
erməni, nasist, ermənistan, genişlənmə, qərb, qərb
Faşizmə qarşı ən sərt mübarizəni məhz Rusiya aparır - Milli Məclisin deputatı
20:39 31.01.2024 (Yenilənib: 18:27 01.02.2024) Leninqrad uşaqlarının xatirəsinə qoyulmuş abidəyə qarşı sərgilənən vandalizm Ermənistanın faşizm ideologiyası üzərində kökləndiyini nümayiş etdirir.
BAKI, 31 yanvar — Sputnik. Yanvarın 29-da İrəvanda İkinci Dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidə vandalizmə məruz qalıb. Hadisəyə Rusiya tərəfinin münasibəti sərt olub. Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiya İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktını qətiyyətlə pisləyir.
Bu, Paşinyan hakimiyyəti dönəmində Ermənistanda nasizmin güclənməsi ilə bağlı ortaya çıxan yeganə fakt deyil. Xatırlatmaq istərdik ki, bu ilin əvvəlində Ermənistanın paytaxtı İrəvanda bir qrup ifrat sağçının erməni millətçi ideologiyasının banisi Qaregin Njdenin heykəli önündə nasist salamlaşmasına bənzər salamlama hərəkəti bir müddət əvvəl sosial mediada müzakirlərə səbəb olmuşdu.
Görünən odur ki, Ermənistanda nasizm meylləri güclənir və bunun nə vəd etməsi sual doğurur.
Mövzu ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a bildirib ki, Ermənistanda son illərdə çox aydın şəkildə görürük ki, faşizm və neofazim ideyaları inkişaf editdirilir və buna rəsmi şəkildə dəstək nümayiş olunmaqdadır. Bütün bunlar Ermənistanın olduqca təhlükəlki tendensiyaya qoşulmasının göstəricisidr. Faşizm ideologiyasi ermənbilərin xarakterinə uyğun gəlir. Azərbaycan xalqına törədilmiş cinayətlər bunun bariz sübutudur. Faşistlərin dünya xalqlarının başına gətirdiyi oyunları, ötən əsrin doxsanıncıə illərinin əvvəlində emənilər Azərbaycan xalqının başına gətirib".
Millət vəkili deyir ki, faşizm ideayları Ermənistan cəmiyyəti üçün yeni bir şey ehtiva etmir: "Bu cəmiyyətin özündə bu ideyalara meyllilik tarixən olub və müxtəlif dövrlərdə qəddar şəkildə özünü büruzə verib. Ayrıca olaraq Leninqrad uşaqlarının xatirəsinə qoyulmuş abidəyə qarşı sərgilənən vandalizm Ermənistanın faşizm ideologiyası üzərində kökləndiyini nümayiş etdirir. Qərbin çox ciddi təsir imkanları olduğu ölkələrdə faşizm ideologiyası çox sürətlə oturuşmaqdadır. Faşizm ideolgiyasının siyasi dəstək alaraq genişləndirilməsi ayrı-ayrı xalqları təsir altında saxlamaq üçün dünyanın ayrı-ayrı mərkəzləri bundan istifadə etməkdədirlər".
Elşad Mirbəşiroğlunun sözlərinə görə, bunu digər postsovet ölkələrində də aydın şəkildə müşahidə etmək mümkündür: "Fransanın neokolonializm siyasətinin əsasında neofaşizm ideolgiyaları dayanmaqdadır. Ermənistan da Fransanın təsiri altında olan ölkələrdəndir. Bu baxımdan Ermənistanda faşizm ideologiyasının genişləndirilməsi, ayrıca olaraq da anti-Rusiya meyllərinin dərinləşdirilməsi həm də kənardan təşviq olunmaqdadır. Cənubi Qafqaz regionunda Ermənistanın timsalında faşizm ideolgiyasının genişlənməsi regionun təhlükəsizliyinə təhdid yaratmaqdadır. Region dövlətlərinin hər biri bunun qarşısının alınmasında fəal rol oynamalıdırlar".
"Ayrı-ayrı ölkələrdə faşizm ideologiyasının genişləndirilməsi həm də Rusiyaya qarşı mübarizə formasıdır. Çünki bu gün dünyada faşizmə qarşı ən sərt mübarizəni məhz Rusiya aparır. Ona görə də bir sıra ölkələrdə anti-Rusiya meylliliyinin gücləndirilməsi istiqamətində faşizm ideologiyası alət kimi istifadə olunmaqdadır", millət vəkili vurğulayıb.
Politoloq Elşən Manafov hesab edir ki, Ermənistanda nasizmin topluma,xüsusən gənclərə təsir imkanlarının genişləndirilməsi və gücləndirilməsi istiqamətində ideoloji iş məqsədyönlü şəkildə aparılır və anti-Rusiya ovqatının cəmiyyətə yüklənməsi prosesinin tərkib hissəsini təşkil edir: "Paşinyan iqtidarı bu layihələrin həyata keçirilməsində birbaşa iştirak etməsə də,nasistlərə münasibətdə dözümlülük, qanunvericiliyin tələb etdiyi konteksdə onlara qarşı əməli tədbirlərin görülməməsi,hökümətin bütün baş verən hadisələrdə bilavasitə iştirakçılığı və ya maraqları olması barədə düşünməyə əsas verir".
Politoloqun sözlərinə görə, ifrat millətçiliyin gücləndirilməsi istiqamətində direktivlər MDB ərazisində Qərblə yaxından əməkdaşlıq edən siyasi istibleşmentlərə məhz Qərbin xüsüsi xidmət orqanları tərəfindən ötürülür: "Ukraynada banderaçıların açıq şəkildə keçirdiyi nümayişlər, Stepan Banderanın dövlət tərəfindən milli qəhrəman səviyyəsinə qaldırılmasi,Moldovanın parçalanması,onun Rumıniyaya birləşdirilməsi məqsədilə millətçilik dalğasında siyasi partiyaların apardığı iş, Belarusiyada yaşananlar,adı çəkilən ölkələrdə faşist svastikasından geniş istifadə, faşistlərə məxsus salamlama halları bütün bunların eyni mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir".
Elşən Manafov qeyd edir ki, Qərb Rusiyaya qarşı apardığı mübarizəsində ifrat millətçi hərəkatların bəlli dövlətlərin cəmiyyətlərinə göstərə biləcəyi ideolji təsir rıçaqlarından istifadə etməyə çalışır: "İstər II cahan savaşı, istərsə də soyuq müharibə illərində Qərb ifrat millətçiliyin kütlədə doğurduğu impulsiv illiyuziyalardan istifadə etmiş, milli azadlıq hərəkatı adı altında ifrat millətmilik azarına yoluxdurmuş kütlələri Rusiyaya qarşı mübarizəyə kökləyə bilib. SSRİ kimi fövqəldövlətin dağılmasına da Qərb məhz ifrat millətçilik azarını topluma yoluxdura bilmiş təsir agentlərinin və korporativ maraqlara köklənmiş siyasi istibleşmentlərin vasitəsilə həyata keçirmişdir.Hazırda eyni ssenari fərqli zamanda baş rollarda yer almış,satellit siyasətçilər tərəfindən adı çəkilən ölkələrdə icra olunur".