https://sputnik.az/20240131/avtomobillerin-utilizasiya-haqqi-guzest-meblegi-ve-birdefelik-odenisin-hecmi-tesdiqlenib-462296162.html
Avtomobillərin utilizasiya haqqı, güzəşt məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib
Avtomobillərin utilizasiya haqqı, güzəşt məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib
Sputnik Azərbaycan
"Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği" 2024-cü il fevralın 1-dən, "Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği... 31.01.2024, Sputnik Azərbaycan
2024-01-31T14:25+0400
2024-01-31T14:25+0400
2024-01-31T14:42+0400
utilizasiya
iqtisadiyyat
nəqliyyat
nəqliyyat vasitələri
nazirlər kabineti
avtomobil
güzəşt
məbləğ
https://cdnn1.img.sputnik.az/img/42219/37/422193791_0:0:3073:1728_1920x0_80_0_0_2d82c7fa588e6dd2081167966808fd79.jpg
BAKI, 31 yanvar — Sputnik. Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.Nazirlər Kabineti bu barədə qərar verib. "Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği" 2024-cü il fevralın 1-dən, "Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi" 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir. Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək. Nəqliyyat vasitələri hər dəfə dövlət texniki baxışından keçən zaman istehsal- buraxılış ili 4 ildən 10 ilədək olduqda 10 manat, 10 ildən 20 ilədək olduqda 20 manat, 20 ildən 30 ilədək olduqda 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək. Bundan başqa, xaricdən gətirilən minik avtomobilinin istehsal-buraxılış ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda 700 manat utilizasiya haqqı ödəniləcək. Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər ödəniləcək. Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası"nda əksini tapıb. Qaydaya əsasən, Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir: - yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi; - operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42219/37/422193791_0:0:2731:2048_1920x0_80_0_0_cdc6a84d6d2ef1b548f406bb3143ca39.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
utilizasiya, nəqliyyat, nəqliyyat vasitələri, nazirlər kabineti, avtomobil, güzəşt, məbləğ
utilizasiya, nəqliyyat, nəqliyyat vasitələri, nazirlər kabineti, avtomobil, güzəşt, məbləğ
Avtomobillərin utilizasiya haqqı, güzəşt məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib
14:25 31.01.2024 (Yenilənib: 14:42 31.01.2024) "Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği" 2024-cü il fevralın 1-dən, "Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi" 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
BAKI, 31 yanvar — Sputnik. Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
"Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği" 2024-cü il fevralın 1-dən, "Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi" 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.
Nəqliyyat vasitələri hər dəfə dövlət texniki baxışından keçən zaman istehsal- buraxılış ili 4 ildən 10 ilədək olduqda 10 manat, 10 ildən 20 ilədək olduqda 20 manat, 20 ildən 30 ilədək olduqda 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək.
Bundan başqa, xaricdən gətirilən minik avtomobilinin istehsal-buraxılış ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda 700 manat utilizasiya haqqı ödəniləcək.
Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər ödəniləcək. Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası"nda əksini tapıb.
Qaydaya əsasən, Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaiti aşağıdakı istiqamətlər üzrə istifadə edilir:
- yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsi;
- operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsi.