DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ: Mərmi çatışmazlığı səbəbindən Kiyevi problemlər gözləyir

© AP Photo / LIBKOSUkrayna hərbçisi, arxiv
Ukrayna hərbçisi, arxiv - Sputnik Azərbaycan, 1920, 31.01.2024
Abunə olmaq
Almaniya Kansleri Olaf Şolts, Danimarka, Çexiya, Estoniya və Niderlandın baş nazirləri Mette Frederiksen, Pyotr Fiala, Kaya Kallas və Mark Rütte birgə məktub yazıblar.
BAKI, 31 yanvar — Sputnik. Müharibənin yaxın gələcəkdə bitəcəyinə dair heç bir əlamət yoxdur. Ciddi problemlər yaxınlaşır - Ukraynanın kifayət qədər artilleriya sursatı yoxdur. Hərbi dəstək öhdəlikləri isə Ukraynanın ehtiyaclarını ödəməmək riskini daşıyır.
Bunu Almaniya Kansleri Olaf Şolts, Danimarka, Çexiya, Estoniya və Niderlandın baş nazirləri Mette Frederiksen, Pyotr Fiala, Kaya Kallas və Mark Rütte birgə məktubda yazıblar. Məktubu "Financial Times" nəşri dərc edib.
Bununla da Almaniya, Danimarka, Çexiya, Estoniya və Hollandiya liderləri Ukraynada sursat çatışmazlığı səbəbindən ciddi problemlərin yarandığını və münaqişənin tezliklə bitəcəyinə dair heç bir işarənin olmadığını etiraf edərək, Avropa ölkələrini Kiyevə hərbi yardımı ikiqat artırmağa, tərəfdaş ölkələri isə təşəbbüslərin birgə maliyyələşdirilməsinə qoşulmağa çağırıblar.
Avropa liderləri 2024-cü ilin mart ayının sonuna qədər Ukraynaya bir milyon artilleriya mərmisi verməklə bağlı 2023-cü ilin əvvəlində qarşıya qoyulan "iddialı" məqsədə çata bilməmələrini "ağır həqiqət" adlandırıblar. Eyni zamanda onlar etiraf ediblər ki, "Ukrayna əsgərləri döyüşü davam etdirmək istəyirlərsə, sursata ehtiyac çox böyükdür".
"Biz qətiyyətimizi yeniləməli və dəstəyimizi lazım olduğu qədər davam etdirməyimizi təmin etmək üçün səylərimizi ikiqat artırmalıyıq. Bu gün Kiyevi Ukraynanın istifadə etdiyi silah-sursat və silah sistemləri, o cümlədən haubitsalar, tanklar, PUA və Ukraynanın yerlərdə bu qədər ehtiyacı olduğu hava hücumundan müdafiə vasitələri ilə təmin etmək olduqca vacibdir" - məktubda belə deyilir.
Avropa liderləri etiraf ediblər ki, "bu gün yerləşdirdikləri" silah sifarişləri döyüş meydanına yalnız gələn ilin əvvəllərində çatacaq.
"Buna görə də biz Ukraynaya vəd edilmiş artilleriya mərmilərinin çatdırılmasını sürətləndirməyin yollarını tapmaqda israr etməliyik. Bu, mövcud ehtiyatların bağışlanması və ya müdafiə sənayemiz vasitəsilə birgə sursatların alınması yolu ilə ola bilər. Bu, Avropada sənaye potensialının genişləndirilməsini tələb edir. Tərəfdaş ölkələr də mühüm rol oynaya bilər. Onlar bizim kollektiv səylərimizə qoşulmağa təşviq olunurlar" - onlar belə yazıblar.
Məktub müəlliflərinin qeyd etdiyi kimi, onlar artıq Ukraynaya ianələrdə əməkdaşlıq ediblər. Onlar Kiyevə yardımın "yükünün" nəhəng olduğunu bəyan edib, Aİ və üzv dövlətləri Kiyevə hərbi dəstəyi yeniləməyə və gücləndirməyə çağıraraq, həmçinin müttəfiqləri və tərəfdaşları təşəbbüsləri birgə maliyyələşdirməyə dəvət ediblər.
Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla təchiz etmək Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov, həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadr hazırlığı ilə birbaşa iştirak edir.
Xəbər lenti
0