DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Simonyan Ermənistanın himn və gerbinin dəyişdirilməsini təklif edib

© Sputnik / Асатур Есаянц / Mediabanka keçidErmənistan parlamentinin spikeri Alen Simonyan
Ermənistan parlamentinin spikeri Alen Simonyan - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Abunə olmaq
Spiker deyib ki, gec-tez Ermənistanın himni dəyişdirilməlidir, o, ermənilərlə, Ermənistan dövləti və musiqisi ilə əlaqəli olmalıdır.
BAKI, 30 yanvar — Sputnik. Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin dövlət gerbi və himninin dəyişdirilməsini təklif edib. Bu barədə TASS məlumat yayıb.
"Mənə aydındır ki, gec-tez Ermənistan Respublikasının himni dəyişdirilməlidir, o, ermənilərlə, bizim dövlətimiz və erməni musiqisi ilə əlaqəli olmalıdır, himnin qaydalarına uyğun olmalıdır. Böyük Aram Xaçaturyanın musiqisi ilə əvəz olunmalıdır. Mənim fikrimcə, o, möhtəşəm, misilsiz və mümkün qədər ermənidir, lakin açıq-aydındır ki, xarici mənşəli mövcud himnin dəyişdirilməsi zərurətdir" - Simonyan Telegram kanalında yazıb.
Simonyan əlavə edib ki, dövlət gerbinin dəyişdirilməsi məsələsini də müzakirə etmək lazımdır:

"Məncə, gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik. Ən azından Ermənistan su altında qala bilməz, bu, bəşəriyyətin cəzası idi, şir Facebook-un gülüş işarəsi kimi görünə bilməz, Ermənistanı qoruyan qılınc zəncirlənə bilməz".

Xatırladaq ki, ilk dəfə deyil ki, ölkə hakimiyyəti Ermənistanın dövlət himni və gerbinin dəyişdirilməsi məsələsini müzakirəyə çıxarır. Baş nazir Nikol Paşinyan bundan əvvəl bir neçə dəfə gerbdə Ağrı dağının olması Türkiyə ərazisində yerləşdiyi üçün "yanlış məlumatlar ehtiva etdiyini" bildiyini deyib. Erməni müxalifəti iddia edir ki, ölkə hakimiyyəti Türkiyə və Azərbaycanın tələbi ilə himni və gerbi dəyişdirmək istəyir, lakin bunu deməyə cəsarətləri yoxdur.
Müxalifət həmçinin bildirir ki, hökumətin yeni konstitusiyanın qəbulu ilə bağlı bəyanatları da Türkiyə-Azərbaycan tələblərinə uyğundur. Paşinyanın tənqidçilərinin fikrincə, hökumət əsas qanundan Qarabağa iddialarını çıxarmaq istəyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0