DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Suriya və İraqdakı qruplaşmaların hücumlarında iştirak etmir - İrəvani

© Iranian Army via APİran hərbçiləri, arxiv şəkli
İran hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Abunə olmaq
İrəvaninin sözlərinə görə, ABŞ, Suriya və İraqın hərəkətləri qanunsuzdur və həm beynəlxalq hüququ, həm də BMT Nizamnaməsini pozur.
BAKI, 30 yanvar — Sputnik. İran hakimiyyətinin İraq və Suriyadakı qruplaşmaların ABŞ hərbi qüvvələrinə qarşı həyata keçirdiyi hücumlarla heç bir əlaqəsi yoxdur. Bunu İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
İranın daimi nümayəndəsi Fransanın BMT Təhlükəsizlik Şurasında sədrliyinin daimi nümayəndəsinə məktub göndərərək, ABŞ-ın əsassız ittihamlarına cavab verib. ABŞ nümayəndə heyəti daha əvvəl iddia etmişdi ki, İran İslam Respublikasının silahlı qüvvələri ilə əlaqəli silahlı qruplar ABŞ-ın İraq və Suriyadakı şəxsi heyətinə və obyektlərinə qarşı yönəlmiş əməliyyatlarda iştirak edir.

"İraq və Suriyada İran İslam Respublikası ilə əlaqəli, onun nəzarəti altında olan və ya maraqlarına uyğun fəaliyyət göstərən heç bir qruplaşma yoxdur. Bu baxımdan İran heç bir şəxs və ya qruplaşmanın fəaliyyətinə görə məsuliyyət daşımır" - İranın daimi nümayəndəsinin məktubunda deyilir.

İrəvaninin sözlərinə görə, ABŞ, Suriya və İraqın hərəkətləri qanunsuzdur və həm beynəlxalq hüququ, həm də BMT Nizamnaməsini pozur.
Bir müddət əvvəl "Politico" qəzeti ABŞ Prezidenti Co Baydenin Suriya-İordaniya sərhədində ABŞ Silahlı Qüvvələrinə hücuma cavab tədbirlərinin işlənib hazırlanması barədə göstəriş verdiyini, mümkün tədbirlər arasında İraq və Suriyada İran hərbçilərinə hücumun nəzərdən keçirildiyini bildirmişdi.
Yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Əl-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 Amerika hərbçisi həlak olub, 40-ı yaralanıb. Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri Suriya və İraqdakı Amerika hərbi bazalarına raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar tez-tez baş verir. Şiə silahlıları ABŞ-ın İsrail ordusuna hərbi yardımını davam etdirdiyinə görə Suriya və İraqda silahlı hücumların sayını artıracaqları barədə xəbərdarlıq ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0