Qərb Ukraynaya 200 milyard dollardan çox vəsait ayırıb - Lavrov

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Moskvada akkreditə olunmuş diplomatik missiyaların rəhbəri ilə görüşüb.
BAKI, 30 yanvar — Sputnik. Qərb Ukraynaya göndərilən silahların dünyanın qaynar nöqtələrinə "yayılmasına" diqqət yetirmək istəmir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada akkreditə olunmuş diplomatik missiyaların rəhbəri ilə görüşündə bildirib.
Lavrov deyib ki, Qərbin həqiqətən diqqət yetirmək istəmədiyi başqa bir məqam Ukraynaya çatdırılan silahların müxtəlif qaynar nöqtələrə yayılmasıdır:

"Həmin silahlar ekstremistlər və terrorçular tərəfindən istifadə olunur. Ukraynada təkcə əcnəbi muzdluların deyil, həm də əcnəbi təlimatçıların olmasını göstərən kifayət qədər təsdiqlənmiş faktlar var".

Rusiya XİN rəhbəri deyib ki, Qərb ölkələri iki ildən az müddətdə Ukraynaya hərbi və maliyyə dəstəyi üçün 200 milyard dollardan çox vəsait ayırıb:
"Bu iki ildən az müddətdə Qərb Ukraynaya hərbi məqsədlər üçün 200 milyard dollardan çox vəsait ayırıb. Müqayisə üçün Avropa İttifaqı qlobal Cənub və Şərq regionlarına 7 ildə sosial-iqtisadi dəstək üçün 80 milyard dollardan az vəsait ayırıb. Ukraynaya əsas donorlar ABŞ, Almaniya, Böyük Britaniya, Danimarka, Polşa, Norveç, Hollandiya və İsveçdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0