https://sputnik.az/20240130/mtk-larin-menzil-satisi-vahid-elektron-platforma-uzerinden-aparilacaq-462281666.html
MTK-ların mənzil satışı vahid elektron platforma üzərindən aparılacaq
MTK-ların mənzil satışı vahid elektron platforma üzərindən aparılacaq
Sputnik Azərbaycan
Nigar Alimova bildirib ki, vətəndaş mənzil aldıqda həmin mənzilin istismarına icazə verilmiş binadan olub-olmadığını görmək mümkün olacaq. 30.01.2024, Sputnik Azərbaycan
2024-01-30T23:13+0400
2024-01-30T23:13+0400
2024-01-30T23:13+0400
mtk
cəmiyyət
platforma
satış
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020392_0:160:3072:1888_1920x0_80_0_0_dad575a4d0e2c2be5d9bb0cfdb38b8ea.jpg
BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda MTK-lardan mənzil almaq vahid elektron platforma üzərindən mümkün olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib. O bildirib ki, MTK-lardan mənzil əldə edən şəxslərin həmin korporativin üzvlük mərhələsindən başlayaraq üzv olması, payçı kimi daxil edilməsi, pay ödənişlərini etməsi, yekunda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsi vahid elektron sistem üzərindən həyata keçiriləcək:Nigar Alimova əlavə edib ki, bununla da bütün proses vahid platforma üzərindən olacaq:"O platformadan kənar MTK-lardan ev almaq mümkün olmayacaq. Bu platformada payçıların ayrıca elektron kabinetləri olacaq. Platformadan kənar heç bir mənzil satışı legitim hesab edilməyəcək. Bu istiqamətdə bizdən asılı olan bütün tədbirləri bu il yekunlaşdıracağıq". O da qeyd edilib ki, ƏMDX-dən asılı olan tədbirlər bu il yekunlaşdırılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462020392_171:0:2902:2048_1920x0_80_0_0_9d33da446f4f46afdcbe25776dbed8c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mtk, platforma, satış
MTK-ların mənzil satışı vahid elektron platforma üzərindən aparılacaq
Nigar Alimova bildirib ki, vətəndaş mənzil aldıqda həmin mənzilin istismarına icazə verilmiş binadan olub-olmadığını görmək mümkün olacaq.
BAKI, 30 yanvar — Sputnik. Azərbaycanda MTK-lardan mənzil almaq vahid elektron platforma üzərindən mümkün olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.
O bildirib ki, MTK-lardan mənzil əldə edən şəxslərin həmin korporativin üzvlük mərhələsindən başlayaraq üzv olması, payçı kimi daxil edilməsi, pay ödənişlərini etməsi, yekunda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsi vahid elektron sistem üzərindən həyata keçiriləcək:
"Vətəndaş mənzil aldıqda onun mənzilin istismarına icazə verilmiş binadan olub-olmadığını görmək imkanı olacaq. Çünki aidiyyəti dövlət qurumundan bu məlumat dataya ötürüləcək. Vətəndaş mənzili seçəcək, üzvlük məsələləri həll olunacaq, ödənişləri həmin sistem vasitəsilə edəcək, yekunda bu portaldan kənar hansısa bir mənzil satışı baş verə bilməyəcək. Artıq bununla bağlı ölkə başçısı fərman verib. Həmin sistemin necə işləməsi, hansı strukturların ora inteqrasiya edilməsi və Mülki Məcəllə başda olmaqla bir çox aidiyyəti qanunvericilik aktlarının dəyişiklik paketi hazırlanacaq. Hazırda bu proseslər gedir. Çox güman ki, yaxın 2-3 ayda aidiyyəti qurumlara razılaşmaya təqdim olunacaq".
Nigar Alimova əlavə edib ki, bununla da bütün proses vahid platforma üzərindən olacaq:
"O platformadan kənar MTK-lardan ev almaq mümkün olmayacaq. Bu platformada payçıların ayrıca elektron kabinetləri olacaq. Platformadan kənar heç bir mənzil satışı legitim hesab edilməyəcək. Bu istiqamətdə bizdən asılı olan bütün tədbirləri bu il yekunlaşdıracağıq".
O da qeyd edilib ki, ƏMDX-dən asılı olan tədbirlər bu il yekunlaşdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.