DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstanın baş naziri Aİ-ni "ağ yuyub, qara sərdi"

© AP Photo / Petr David JosekViktor Orban, arxiv
Viktor Orban, arxiv - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Abunə olmaq
Orban bildirir ki, Aİ Macarıstana qarşı ideoloji müharibə aparıb və daim bu ölkəni şantaj etməyə çalışıb.
BAKI, 30 yanvar — Sputnik. Avropa İttifaqı son illərdə Budapeştə qarşı ideoloji müharibə aparır. Bunu Macarıstanın baş naziri Viktor Orban Fransanın "Le Point" jurnalına müsahibəsində deyib.

"Aİ son illərdə Macarıstana qarşı ideoloji müharibə aparıb və daim bizi şantaj etməyə çalışıb. Avropa İttifaqı getdikcə daha çox imperializmə doğru irəliləyir" - Orban deyib.

Onun sözlərinə görə, Aİ suveren dövlətlər birliyinə getdikcə daha az bənzəyir.
"Müqavilə hüquqlarınız, irəli sürdüyünüz ağlabatan arqumentlər nə olursa olsun, Aİ sizi istəmədiyiniz bir işdə iştirak etməyə məcbur etməyə çalışır" - baş nazir qeyd edib.
Orban əlavə edib ki, Macarıstan uzun illər bu şəraitdə yaşamalı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0