https://sputnik.az/20240130/gurcustanda-kadr-deyisiklikleri-diger-nazirlere-de-tesir-edecek---politoloq-462275688.html
Gürcüstanda kadr dəyişiklikləri digər nazirlərə də təsir edəcək - politoloq
Gürcüstanda kadr dəyişiklikləri digər nazirlərə də təsir edəcək - politoloq
Sputnik Azərbaycan
Sakvarelidze ötən ilin sonunda partiyanın fəxri sədri kimi siyasətə qayıtdığını elan edən hakim partiyanın qurucusu Bidzina İvanişvilinin sözlərini xatırladıb. 30.01.2024, Sputnik Azərbaycan
2024-01-30T19:33+0400
2024-01-30T19:33+0400
2024-01-30T19:33+0400
gürcüstan
dünya xəbərləri
baş nazir
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453522815_0:56:990:613_1920x0_80_0_0_a848f2313f27a78f65bc0841a475a995.jpg
BAKI, 30 yanvar — Sputnik. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istefası və bu vəzifəyə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının rəhbəri İrakli Kobaxidzenin gəlməsi ölkənin daxili siyasətinə təsir etsə də, xarici siyasətə təsir etməyəcək. Bu fikirləri TASS-a müsahibəsində politoloq Ramaz Sakvarelidze deyib. Ekspertin fikrincə, kadr dəyişikliyi təkcə baş nazirə deyil, kabinetin digər üzvlərinə də təsir edəcək. Hökumət başçısının dəyişməsinin mümkün səbəblərindən danışan Sakvarelidze ötən ilin sonunda partiyanın fəxri sədri kimi siyasətə qayıtdığını elan edən hakim partiyanın qurucusu Bidzina İvanişvilinin sözlərini xatırladıb.O, geri qayıtmasının səbəbini müxalifətin real rəqabəti olmadığı halda partiyadaxili proseslərin onun dağılmasına gətirib çıxarmaması üçün göstərib. O, korrupsiya təhlükəsindən də danışıb. Sakvarelidzenin sözlərinə görə, Gürcüstanın həm Qərblə, həm də bu yaxınlarda strateji əməkdaşlığı rəsmiləşdirilən Çinlə münasibətləri dəyişməyəcək. Eyni zamanda ekspert qeyd edir ki, Qaribaşvili Avropa üçün bəlkə də kobud idi və Kobaxidzenin daha diplomatik üslubu Avropa ilə münasibətləri bir qədər yumşaldacaq, lakin heç bir əhəmiyyətli dəyişiklik gözlənilmir. Rusiya ilə münasibətlərə gəlincə, politoloqun fikrincə, onlar əvvəlki səviyyədə qalacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/07/453522815_49:0:941:669_1920x0_80_0_0_bc4ba8b8781d61b4ed22ef1a06542770.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan, baş nazir
Gürcüstanda kadr dəyişiklikləri digər nazirlərə də təsir edəcək - politoloq
Sakvarelidze ötən ilin sonunda partiyanın fəxri sədri kimi siyasətə qayıtdığını elan edən hakim partiyanın qurucusu Bidzina İvanişvilinin sözlərini xatırladıb.
BAKI, 30 yanvar — Sputnik. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istefası və bu vəzifəyə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının rəhbəri İrakli Kobaxidzenin gəlməsi ölkənin daxili siyasətinə təsir etsə də, xarici siyasətə təsir etməyəcək. Bu fikirləri TASS-a müsahibəsində politoloq Ramaz Sakvarelidze deyib.
"Hələ ki, Gürcüstan siyasətində nəyinsə dəyişəcəyini söyləmək çətindir, lakin yəqin ki, İraklilərin əvəzlənməsi əbəs yerə edilməyib. Məncə, icra hakimiyyətində əhəmiyyətli dəyişikliklər hiss olunacaq və bu, yəqin ki, daxili dəyişikliklərə səbəb olacaq. Xarici siyasət vektorlarında hər hansı dəyişikliyin olacağına şübhə edirəm", Sakvarelidze qeyd edib.
Ekspertin fikrincə, kadr dəyişikliyi təkcə baş nazirə deyil, kabinetin digər üzvlərinə də təsir edəcək.
Hökumət başçısının dəyişməsinin mümkün səbəblərindən danışan Sakvarelidze ötən ilin sonunda partiyanın fəxri sədri kimi siyasətə qayıtdığını elan edən hakim partiyanın qurucusu Bidzina İvanişvilinin sözlərini xatırladıb.
O, geri qayıtmasının səbəbini müxalifətin real rəqabəti olmadığı halda partiyadaxili proseslərin onun dağılmasına gətirib çıxarmaması üçün göstərib. O, korrupsiya təhlükəsindən də danışıb.
"İvanişvilinin qayıdışının əsas motivi fraksiyaların (partiyadaxili klanların - TASS qeydi) mövcudluğu və korrupsiya olduğundan, bu proseslər yəqin ki, İvanişvilinin əli ilə dəyişəcək", ekspert qeyd edib.
Sakvarelidzenin sözlərinə görə, Gürcüstanın həm Qərblə, həm də bu yaxınlarda strateji əməkdaşlığı rəsmiləşdirilən Çinlə münasibətləri dəyişməyəcək. Eyni zamanda ekspert qeyd edir ki, Qaribaşvili Avropa üçün bəlkə də kobud idi və Kobaxidzenin daha diplomatik üslubu Avropa ilə münasibətləri bir qədər yumşaldacaq, lakin heç bir əhəmiyyətli dəyişiklik gözlənilmir.
Rusiya ilə münasibətlərə gəlincə, politoloqun fikrincə, onlar əvvəlki səviyyədə qalacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.