https://sputnik.az/20240130/gurcustan-parlamenti-gelen-hefte-yeni-hokumeti-tesdiq-edecek---spiker-462279986.html
Gürcüstan parlamenti gələn həftə yeni hökuməti təsdiq edəcək - spiker
Gürcüstan parlamenti gələn həftə yeni hökuməti təsdiq edəcək - spiker
Sputnik Azərbaycan
İlkin məlumata görə, Qaribaşvilini baş nazir postunda "Gürcü arzusu"nun hazırkı rəhbəri, deputat İrakli Kobaxidze əvəz edəcək. 30.01.2024, Sputnik Azərbaycan
2024-01-30T14:44+0400
2024-01-30T14:44+0400
2024-01-30T14:54+0400
gürcüstan
dünya xəbərləri
irakli qaribaşvili
parlament
sessiya
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260036_0:0:3073:1728_1920x0_80_0_0_d2f275cb82170e0e61013767e7f48e53.jpg
BAKI, 30 yanvar — Sputnik. Gürcüstan parlamenti gələn həftə yeni hökuməti təsdiqləməyi planlaşdırır. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın qanunverici orqanının sədri Şalva Papuaşvili məlumat verib. O əlavə edib ki, parlamentin yaz sessiyası fevralın 6-da başlayacaq. Eyni zamanda, parlament bürosunun iclası keçiriləcək, bu iclasda gələcək hökumət üzvlərinin, baş nazirliyə namizədin, komitə dinləmələrinin qaydası və cədvəli təsdiqlənəcək, bundan sonra yeni hökumətə etimad və hökumət proqramı plenar iclasda səsə qoyulacaq. Gürcüstanın baş naziri İrakli Qaribaşvili yanvarın 29-da vəzifəsini tərk etdiyini açıqlayıb. O, həmçinin bildirib ki, ona hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri postunu tutmaq təklifi gəlib. İlkin məlumata görə, Qaribaşvilini baş nazir postunda "Gürcü arzusu"nun hazırkı rəhbəri, deputat İrakli Kobaxidze əvəz edəcək. Fevralın 1-də partiyanın qurultayında kadr dəyişiklikləri qəbul ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260036_0:0:2731:2048_1920x0_80_0_0_f70ddfa23116997fa9e6bc86bd2970b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan, irakli qaribaşvili, parlament, sessiya
gürcüstan, irakli qaribaşvili, parlament, sessiya
Gürcüstan parlamenti gələn həftə yeni hökuməti təsdiq edəcək - spiker
14:44 30.01.2024 (Yenilənib: 14:54 30.01.2024) İlkin məlumata görə, Qaribaşvilini baş nazir postunda "Gürcü arzusu"nun hazırkı rəhbəri, deputat İrakli Kobaxidze əvəz edəcək.
BAKI, 30 yanvar — Sputnik. Gürcüstan parlamenti gələn həftə yeni hökuməti təsdiqləməyi planlaşdırır. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın qanunverici orqanının sədri Şalva Papuaşvili məlumat verib.
"Biz gələn həftə hökumətin tərkibini təsdiq etməyi qarşıya məqsəd qoymuşuq. Gürcüstan Prezidenti Salome Zurabişvilinin çıxışı planlaşdırılır, çünki reqlamentə görə, onun çıxışı yaz sessiyasının ilk günündə olmalıdır. Bütün bu proseslər gələn həftə yekunlaşacaq" - Papuaşvili bildirib.
O əlavə edib ki, parlamentin yaz sessiyası fevralın 6-da başlayacaq. Eyni zamanda, parlament bürosunun iclası keçiriləcək, bu iclasda gələcək hökumət üzvlərinin, baş nazirliyə namizədin, komitə dinləmələrinin qaydası və cədvəli təsdiqlənəcək, bundan sonra yeni hökumətə etimad və hökumət proqramı plenar iclasda səsə qoyulacaq.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili yanvarın 29-da vəzifəsini tərk etdiyini açıqlayıb. O, həmçinin bildirib ki, ona hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri postunu tutmaq təklifi gəlib. İlkin məlumata görə, Qaribaşvilini baş nazir postunda "Gürcü arzusu"nun hazırkı rəhbəri, deputat İrakli Kobaxidze əvəz edəcək.
Fevralın 1-də partiyanın qurultayında kadr dəyişiklikləri qəbul ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.