https://sputnik.az/20240130/bu-torpaqlarda-tikilmis-evlere-saygac-qoyulmur-qirmizi-isiq-muemmasi-462259763.html
Bu torpaqlarda tikilmiş evlərə sayğac qoyulmur-"Qırmızı işıq" müəmması
Bu torpaqlarda tikilmiş evlərə sayğac qoyulmur-"Qırmızı işıq" müəmması
Sputnik Azərbaycan
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sistemində həmin tikililərə sayğac qoyulması üçün elektron sistemdə "yaşıl işıq" yanmalıdır. 30.01.2024, Sputnik Azərbaycan
2024-01-30T10:02+0400
2024-01-30T10:02+0400
2024-01-30T10:15+0400
torpaq
cəmiyyət
ev
əmlak məsələləri dövlət komitəsi
daşınmaz əmlak
tikinti
sayğac
istilik sayğacları
su sayğacları
qaz sayğacı
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/07/461159040_0:19:2121:1212_1920x0_80_0_0_101ea73ecde3aa8ed9c1f321d4b0c293.jpg
BAKI, 30 yanvar — Sputnik. Bakı və Abşeron rayon ərazisində kənd təsərrüfatlı torpaqlarda illər öncə inşa olunmuş fərdi yaşayış evlərinə "Azərişıq" ASC tərəfindən sayğac qoyulmur. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat veriblər. Bildirilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərə "Azərişıq" ASC tərəfindən sayğac quraşdırılmır. Vətəndaşlara bildirilir ki, şəhərsalma sistemində sözügedən tikililərə müvafiq elektron pəncərədə "yaşıl işıq" yanmadığından onlara sayğac quraşdırmaq mümkün deyil. Belə evlərə sistemdə "qırmızı işıq" yanır "Azərişıq" ASC-dən Sputnik Azərbaycan-a bildirilib ki, ötən ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşula bilmir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sistemində həmin tikililərə sayğac qoyulması üçün elektron sistemdə "yaşıl işıq" yanmalıdır. Bu isə yalnız yaşayış təyinatlı torpaqlarda, qanuni əsaslarla tikilmiş fərdi yaşayış evlərində mümkündür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirdilər ki, fərdi yaşayış evlərinə tikintiyə icazənin verilməsi yerli rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Yeni qərar köhnə tikililərə də aiddir Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də Sputnik Azərbaycan-a bildirib ki, bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmur. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərə qoşulması qadağandır: "Ötən ilin oktyabr ayının 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılır. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətlərlə təmin oluna bilərlər. Bu qərar oktyabr ayından əvvəl tikilmiş, hələ kommunal qurumlar tərəfindən elektrik, istilik, mavi qaz, su xətlərinə qoşulmamış sənədsiz fərdi və qeyri-yaşayış evlərinə də aiddir". Onun sözlərinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra orqanına məlumat verir: "Bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzrərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim edir. Əgər sənədlər uyğun gəlirsə, tikintiyə icazə verilir. Belə fərdi evlərin elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmasında heç bir problem yaranmır". "Onları sökməkdən başqa çarə qalmayacaq" E.Fərzəliyev bildirib ki, yeni qərardan sonra insanlar özləri qeyri-yaşayış təyinatlı torpaqlarda ev tikməkdən çəkinəcəklər. İndiyədək qeyri-yaşayış təyinatlı torpaqlarda tikilmiş fərdi evlərin elektrik, istilik, mavi qaz, su xətlərinə qoşulması mümkün olmadığından, onları sökməkdən başqa çarə qalmayacaq. Qeyd edək ki, Azərbaycan Respublikasında torpaq fondu 7 kateqoriyaya bölünüb. Bunlar kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları və ehtiyat fondu torpaqlarıdır. Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/07/461159040_236:0:2121:1414_1920x0_80_0_0_705fcdd7e74e687e7c556f2603585717.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
torpaq, ev, əmlak məsələləri dövlət komitəsi, daşınmaz əmlak, tikinti, sayğac, istilik sayğacları, su sayğacları, qaz sayğacı, elektrik sayğacı
torpaq, ev, əmlak məsələləri dövlət komitəsi, daşınmaz əmlak, tikinti, sayğac, istilik sayğacları, su sayğacları, qaz sayğacı, elektrik sayğacı
Bu torpaqlarda tikilmiş evlərə sayğac qoyulmur-"Qırmızı işıq" müəmması
10:02 30.01.2024 (Yenilənib: 10:15 30.01.2024) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sistemində həmin tikililərə sayğac qoyulması üçün elektron sistemdə "yaşıl işıq" yanmalıdır.
BAKI, 30 yanvar — Sputnik. Bakı və Abşeron rayon ərazisində kənd təsərrüfatlı torpaqlarda illər öncə inşa olunmuş fərdi yaşayış evlərinə "Azərişıq" ASC tərəfindən sayğac qoyulmur. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat veriblər.
Bildirilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərə "Azərişıq" ASC tərəfindən sayğac quraşdırılmır. Vətəndaşlara bildirilir ki, şəhərsalma sistemində sözügedən tikililərə müvafiq elektron pəncərədə "yaşıl işıq" yanmadığından onlara sayğac quraşdırmaq mümkün deyil.
Belə evlərə sistemdə "qırmızı işıq" yanır
"Azərişıq" ASC-dən Sputnik Azərbaycan-a bildirilib ki, ötən ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşula bilmir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sistemində həmin tikililərə sayğac qoyulması üçün elektron sistemdə "yaşıl işıq" yanmalıdır. Bu isə yalnız yaşayış təyinatlı torpaqlarda, qanuni əsaslarla tikilmiş fərdi yaşayış evlərində mümkündür.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirdilər ki, fərdi yaşayış evlərinə tikintiyə icazənin verilməsi yerli rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilir.
Yeni qərar köhnə tikililərə də aiddir
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də Sputnik Azərbaycan-a bildirib ki, bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmur. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərə qoşulması qadağandır:
"Ötən ilin oktyabr ayının 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılır. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətlərlə təmin oluna bilərlər. Bu qərar oktyabr ayından əvvəl tikilmiş, hələ kommunal qurumlar tərəfindən elektrik, istilik, mavi qaz, su xətlərinə qoşulmamış sənədsiz fərdi və qeyri-yaşayış evlərinə də aiddir".
Onun sözlərinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra orqanına məlumat verir: "Bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzrərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim edir. Əgər sənədlər uyğun gəlirsə, tikintiyə icazə verilir. Belə fərdi evlərin elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmasında heç bir problem yaranmır".
"Onları sökməkdən başqa çarə qalmayacaq"
E.Fərzəliyev bildirib ki, yeni qərardan sonra insanlar özləri qeyri-yaşayış təyinatlı torpaqlarda ev tikməkdən çəkinəcəklər. İndiyədək qeyri-yaşayış təyinatlı torpaqlarda tikilmiş fərdi evlərin elektrik, istilik, mavi qaz, su xətlərinə qoşulması mümkün olmadığından, onları sökməkdən başqa çarə qalmayacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasında torpaq fondu 7 kateqoriyaya bölünüb. Bunlar kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları və ehtiyat fondu torpaqlarıdır.
Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir.
Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır.