Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Beyləqanda yük avtomobili körpüdən aşıb, ölənlər var- FOTO

© Depositphotos.com / KonejotaQəza, arxiv
Qəza, arxiv - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Abunə olmaq
Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.
BAKI, 30 yanvar — Sputnik. Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub, 3 nəfər ölüb.
APA-nın məlumatına görə, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. "KamAZ" markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və "VAZ 2105" markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və "VAZ 2105" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.
Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqədar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.
Qeyd edək ki, faktla bağlı Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0