Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Baş nazir Rusiya FHN rəhbəri ilə görüşüb

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşüb
Əli Əsədov Rusiya FHN rəhbəri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 30.01.2024
Abunə olmaq
Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Aleksandr Kurenkov Azərbaycanda səfərdədir.
BAKI, 30 yanvar - Sputnik. Yanvarın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.
İki ölkə arasında bütün sahələrdə, o cümlədən fövqəladə halların qarşısının və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafı vurğulanıb.
Tərəflər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər.
Görüş zamanı fövqəladə halların qarşısının və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.
Xatırladaq ki, bu gün Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Aleksandr Kurenkov Azərbaycana işgüzar səfərə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0