https://sputnik.az/20240130/azerkosmos-radiotezliklerle-bagli-mehsulunun-ixrac-arealini-genislendirir-462273575.html
"Azərkosmos" radiotezliklərlə bağlı məhsulunun ixrac arealını genişləndirir
"Azərkosmos" radiotezliklərlə bağlı məhsulunun ixrac arealını genişləndirir
Sputnik Azərbaycan
Bu bilik məhsulunun Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək. 30.01.2024, Sputnik Azərbaycan
2024-01-30T22:38+0400
2024-01-30T22:38+0400
2024-01-30T22:38+0400
azərkosmos
elm
radio
proqram
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0a/451606533_0:120:1280:840_1920x0_80_0_0_e8e240509b4a820734d07ab929c4e6fb.jpg
BAKI, 30 yanvar — Sputnik. Kosmosda orbital mövqeyə malik Azərbaycan beynəlxalq kosmik bazarda təkcə peyk xidmətlərini deyil, həm də qazandığı bilik və təcrübəni kommersiyalaşdırır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlik yanında Kosmik Agentlik ("Azərkosmos") intellektual məhsulunu - radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramını Bəhreynin "Telekommunikasiya üzrə Tənzimləmə Qurumu"na təqdim edib. Paytaxt Manamada keçirilən 10 günlük proqram radiotezliklərin idarə edilməsi metodları, peyk və yerüstü stansiyaların qeydiyyata alınması üçün ərizələrin hazırlanması, peyk şəbəkələri arasındakı interferensiyanın təhlili və aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq qanun və hüquqi normalar kimi mövzuları əhatə edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. "Azərkosmos" radiotezliklərin idarəolunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması məqsədilə yaratdığı bu bilik məhsulunun Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək. Radiotezliklər radio və televiziya yayımı, mobil-telefoniya, genişzolaqlı rabitə, aviasiya və dəniz naviqasiyası, peyk şəbəkələrinin koordinasiyası kimi müxtəlif simsiz rabitə formaları üçün istifadə olunan qiymətli və məhdud resursdur. İstənilən radiotezlik xidmətlərində tezlik resurslarının məqsədli istifadəsi və koordinasiyasının aparılması Beynəlxalq Telekommunikasiya İttifaqının təsdiq etdiyi qanunvericilik çərçivəsində tənzimlənir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0a/451606533_0:0:1280:960_1920x0_80_0_0_c40f04642af63bedc6a8d588b6e2ff63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərkosmos, radio, proqram
azərkosmos, radio, proqram
"Azərkosmos" radiotezliklərlə bağlı məhsulunun ixrac arealını genişləndirir
Bu bilik məhsulunun Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək.
BAKI, 30 yanvar — Sputnik. Kosmosda orbital mövqeyə malik Azərbaycan beynəlxalq kosmik bazarda təkcə peyk xidmətlərini deyil, həm də qazandığı bilik və təcrübəni kommersiyalaşdırır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlik yanında Kosmik Agentlik ("Azərkosmos") intellektual məhsulunu - radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramını Bəhreynin "Telekommunikasiya üzrə Tənzimləmə Qurumu"na təqdim edib. Paytaxt Manamada keçirilən 10 günlük proqram radiotezliklərin idarə edilməsi metodları, peyk və yerüstü stansiyaların qeydiyyata alınması üçün ərizələrin hazırlanması, peyk şəbəkələri arasındakı interferensiyanın təhlili və aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq qanun və hüquqi normalar kimi mövzuları əhatə edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
"Azərkosmos" radiotezliklərin idarəolunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması məqsədilə yaratdığı bu bilik məhsulunun Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək.
Radiotezliklər radio və televiziya yayımı, mobil-telefoniya, genişzolaqlı rabitə, aviasiya və dəniz naviqasiyası, peyk şəbəkələrinin koordinasiyası kimi müxtəlif simsiz rabitə formaları üçün istifadə olunan qiymətli və məhdud resursdur. İstənilən radiotezlik xidmətlərində tezlik resurslarının məqsədli istifadəsi və koordinasiyasının aparılması Beynəlxalq Telekommunikasiya İttifaqının təsdiq etdiyi qanunvericilik çərçivəsində tənzimlənir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.