https://sputnik.az/20240129/valideynlerin-dilendirdiyi-usaqlar-siginacaga-yerlesdirildi---foto-462251673.html
Valideynlərin diləndirdiyi uşaq sığınacağa yerləşdirildi - FOTO
Valideynlərin diləndirdiyi uşaq sığınacağa yerləşdirildi - FOTO
Sputnik Azərbaycan
K.Ağazadə bildirib ki, roman qrupundan olan uşağın bədənində xəsarətlər aşkarlanıb. 29.01.2024, Sputnik Azərbaycan
2024-01-29T13:30+0400
2024-01-29T13:30+0400
2024-01-29T13:33+0400
uşaq
cəmiyyət
sığınacaq
kəmalə ağazadə
dilənçi
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/10/426724133_0:320:3072:2048_1920x0_80_0_0_43a2893f267cebe4052b8fa5ae99d816.jpg
BAKI, 29 yanvar — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaşları diləndirilən doqquz yaşlı uşağı aşkarlayıblar. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb: "Uşaq dəhşətlər yaşayıb... Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var... Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci götürəndə isə anası tərəfindən döyülüb. Bu, azmış kimi, anası onu hər dəfə atasına da döydürüb. Odur ki, bu valideynlər cəzalandırılmalıdırlar" - K.Ağazadə qeyd edib. K.Ağazadə bədənində xəsarətlər olan uşağın roman qrupundan olduğunu bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələnin Komitənin nəzarətində olduğunu bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/10/426724133_134:416:2311:2048_1920x0_80_0_0_fbac0c3975367d9528686546269d32fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, sığınacaq, kəmalə ağazadə, dilənçi, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
uşaq, sığınacaq, kəmalə ağazadə, dilənçi, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
Valideynlərin diləndirdiyi uşaq sığınacağa yerləşdirildi - FOTO
13:30 29.01.2024 (Yenilənib: 13:33 29.01.2024) K.Ağazadə bildirib ki, roman qrupundan olan uşağın bədənində xəsarətlər aşkarlanıb.
BAKI, 29 yanvar — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaşları diləndirilən doqquz yaşlı uşağı aşkarlayıblar. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:
"Uşaq dəhşətlər yaşayıb... Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var... Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci götürəndə isə anası tərəfindən döyülüb. Bu, azmış kimi, anası onu hər dəfə atasına da döydürüb. Odur ki, bu valideynlər cəzalandırılmalıdırlar" - K.Ağazadə qeyd edib.
K.Ağazadə bədənində xəsarətlər olan uşağın roman qrupundan olduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələnin Komitənin nəzarətində olduğunu bəyan edib.