https://sputnik.az/20240129/sd-stanbuldaki-kilseye-hucuma-gore-mesuliyyeti-uzerine-goturdu-462244772.html
İŞİD İstanbuldakı kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürdü
İŞİD İstanbuldakı kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürdü
Sputnik Azərbaycan
Daxili işlər naziri "Santa Maria" kilsəsində baş verən silahlı insidentlə bağlı 50-yə yaxın şəxsin saxlanıldığını bildirib. 29.01.2024, Sputnik Azərbaycan
2024-01-29T11:00+0400
2024-01-29T11:00+0400
2024-01-29T11:03+0400
türkiyə
dünya xəbərləri
işid
işid terror təşkilatı
istanbul
kilsə
terror
ali yerlikaya
https://cdnn1.img.sputnik.az/img/07e8/01/1d/462244564_0:0:3072:1728_1920x0_80_0_0_0c71138e706689c62cccd8b7ee14b7dc.jpg
BAKI, 29 yanvar — Sputnik. İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Maria" kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə terrorçular bəyanat yayıb. "Santa Maria" kilsəsinə silahlı hücum edən iki şübhəli saxlanılıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hər iki şəxs İŞİD üzvüdür. Daxili işlər naziri daha sonra deyib ki, "Santa Maria" kilsəsində baş verən silahlı insidentlə bağlı 50-yə yaxın şəxs tutulub. "Mən bildirdim ki, cinayəti törədənlər tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunacaqlar. Polis qüvvələrimiz gün ərzində 30 müxtəlif ünvanda reyd keçirib, 47 nəfər saxlanılıb. Qətl törədən hər iki şəxs yaxalanıb. Biz hesab edirik ki, biri tacik, digəri rusiyalı olan bu iki əcnəbi İŞİD üzvüdür. İstanbulumuz əsrlərdir müxtəlif din və məzhəblərə ev sahibliyi edir. Biz heç vaxt terrorçulara və əməkdaşlıq edənlərə dözməyəcəyik. Bir daha mərhum vətəndaşa, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Biz hər cür terrora qarşı əzm və qətiyyətlə mübarizə aparırıq" - o bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/1d/462244564_160:0:2891:2048_1920x0_80_0_0_37425e27feb4c2d8a5f5a12ab8fcfa73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, işid, işid terror təşkilatı, istanbul, kilsə, terror, ali yerlikaya
türkiyə, işid, işid terror təşkilatı, istanbul, kilsə, terror, ali yerlikaya
İŞİD İstanbuldakı kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürdü
11:00 29.01.2024 (Yenilənib: 11:03 29.01.2024) Daxili işlər naziri "Santa Maria" kilsəsində baş verən silahlı insidentlə bağlı 50-yə yaxın şəxsin saxlanıldığını bildirib.
BAKI, 29 yanvar — Sputnik. İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Maria" kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə terrorçular bəyanat yayıb.
"Santa Maria" kilsəsinə silahlı hücum edən iki şübhəli saxlanılıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hər iki şəxs İŞİD üzvüdür.
Daxili işlər naziri daha sonra deyib ki, "Santa Maria" kilsəsində baş verən silahlı insidentlə bağlı 50-yə yaxın şəxs tutulub.
"Mən bildirdim ki, cinayəti törədənlər tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunacaqlar. Polis qüvvələrimiz gün ərzində 30 müxtəlif ünvanda reyd keçirib, 47 nəfər saxlanılıb. Qətl törədən hər iki şəxs yaxalanıb. Biz hesab edirik ki, biri tacik, digəri rusiyalı olan bu iki əcnəbi İŞİD üzvüdür.
İstanbulumuz əsrlərdir müxtəlif din və məzhəblərə ev sahibliyi edir. Biz heç vaxt terrorçulara və əməkdaşlıq edənlərə dözməyəcəyik. Bir daha mərhum vətəndaşa, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Biz hər cür terrora qarşı əzm və qətiyyətlə mübarizə aparırıq" - o bildirib.