https://sputnik.az/20240129/risi-sunak-pua-nin-abs-bazasina-zerbesinden-sonra-rana-muraciet-edib-462260866.html
Rişi Sunak PUA-nın ABŞ bazasına zərbəsindən sonra İrana müraciət edib
Rişi Sunak PUA-nın ABŞ bazasına zərbəsindən sonra İrana müraciət edib
Sputnik Azərbaycan
Britaniyanın Baş naziri bu zərbə fonunda İranı gərginliyi azaltmağa çağırıb. 29.01.2024, Sputnik Azərbaycan
2024-01-29T20:31+0400
2024-01-29T20:31+0400
2024-01-29T20:31+0400
rişi sunak
dünya xəbərləri
ağ ev
iran
mərkəzi kəşfiyyat idarəsi
britaniya
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448073077_0:0:3071:1728_1920x0_80_0_0_c998873d34779fa067e6c63f8dba006d.jpg
BAKI, 29 yanvar — Sputnik. İngiltərənin Baş naziri Rişi Sunak Yaxın Şərqdəki gərginlikdən narahat olduğunu bildirərək "İraqın İslam müqaviməti" adlanan şiə hərəkatının məsuliyyəti öz üzərinə götürdüyü Suriya-İordaniya sərhədindəki ABŞ bazasına endirilən zərbədən sonra İranı gərginliyi azaltmağa çağırıb. Bu barədə Rusiya mediası "Reuters" agentliyinə istinadən xəbər verib. "Biz narahatıq və İranı bölgədəki gərginliyi azaltmağa çağırırıq" - "Reuters" agentliyi Sunakdan sitat gətirib. İngiltərənin Baş naziri Londonun Yaxın Şərqdə sabitliyin və sülhün təmin edilməsi istiqamətində öz müttəfiqlərini dəstəklədiyini və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Sunak bildirib ki, İngiltərə bu cür PUA hücumlarını "qətiyyətlə pisləyir". Xatırladaq ki, yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə (dron, PUA) Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. 20-dən çox əsgər yaralanıb. "CNN" telekanalının məlumatına görə, Qəzzada müharibə başlayandan bəri ilk dəfədir ki, regionda vəziyyətin gərginləşməsi səbəbindən Vaşinqton şəxsi heyət arasında itki verib. ABŞ Prezidenti Co Bayden Suriya və İordaniya sərhədindəki Amerika hərbi bazasına dronun hücumu ilə bağlı məlumatlarına cavab verib. Prezidentin hücumda İranın rolundan bəhs edən bəyanatını Ağ Ev yayımlayıb. Bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru İranın ABŞ bazasına hücumda əli olduğu təsdiqlənsə, nəticələrin ağır olacağını proqnozlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448073077_40:0:2769:2047_1920x0_80_0_0_d0a196998239113e225f484494100459.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rişi sunak, ağ ev, iran, mərkəzi kəşfiyyat idarəsi, britaniya, böyük britaniya
rişi sunak, ağ ev, iran, mərkəzi kəşfiyyat idarəsi, britaniya, böyük britaniya
Rişi Sunak PUA-nın ABŞ bazasına zərbəsindən sonra İrana müraciət edib
Britaniyanın Baş naziri bu zərbə fonunda İranı gərginliyi azaltmağa çağırıb.
BAKI, 29 yanvar — Sputnik. İngiltərənin Baş naziri Rişi Sunak Yaxın Şərqdəki gərginlikdən narahat olduğunu bildirərək "İraqın İslam müqaviməti" adlanan şiə hərəkatının məsuliyyəti öz üzərinə götürdüyü Suriya-İordaniya sərhədindəki ABŞ bazasına endirilən zərbədən sonra İranı gərginliyi azaltmağa çağırıb.
Bu barədə Rusiya mediası "Reuters" agentliyinə istinadən xəbər verib.
"Biz narahatıq və İranı bölgədəki gərginliyi azaltmağa çağırırıq" - "Reuters" agentliyi Sunakdan sitat gətirib.
İngiltərənin Baş naziri Londonun Yaxın Şərqdə sabitliyin və sülhün təmin edilməsi istiqamətində öz müttəfiqlərini dəstəklədiyini və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Sunak bildirib ki, İngiltərə bu cür PUA hücumlarını "qətiyyətlə pisləyir".
Xatırladaq ki, yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə (dron, PUA) Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. 20-dən çox əsgər yaralanıb. "CNN" telekanalının məlumatına görə, Qəzzada müharibə başlayandan bəri ilk dəfədir ki, regionda vəziyyətin gərginləşməsi səbəbindən Vaşinqton şəxsi heyət arasında itki verib.
ABŞ Prezidenti Co Bayden Suriya və İordaniya sərhədindəki Amerika hərbi bazasına dronun hücumu ilə bağlı məlumatlarına cavab verib. Prezidentin hücumda İranın rolundan bəhs edən bəyanatını Ağ Ev yayımlayıb.
Bu yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru İranın ABŞ bazasına hücumda əli olduğu təsdiqlənsə, nəticələrin ağır olacağını proqnozlaşdırıb.