https://sputnik.az/20240129/ran-pakistandan-qiricilarin-zerbelerine-gore-izahat-telebe-edir---kv-462037918.html
İran XİN-in başçısı gərginliyi azaltmaq məqsədilə Pakistana gedib
İran XİN-in başçısı gərginliyi azaltmaq məqsədilə Pakistana gedib
Sputnik Azərbaycan
Hüseyn Əmir Abdullahiyan İran silahlı qüvvələrinin Pakistan ərazisinə zərbə endirdikdən sonra yaranmış gərginliyi aradan qaldırmaq üçün İslamabada həmkarı ilə... 29.01.2024, Sputnik Azərbaycan
2024-01-29T12:09+0400
2024-01-29T12:09+0400
2024-01-29T12:17+0400
pakistan
dünya xəbərləri
iran
zərbə
bəlucistan əyaləti
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454315725_0:160:3072:1888_1920x0_80_0_0_d3f658b7579cbeb667b645acf8546408.jpg
BAKI, 29 yanvar — Sputnik. Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilani və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İran silahlı qüvvələrinin Pakistan ərazisində terrorçu qruplaşmanın qərargahına zərbə endirməsindən sonra yaranmış gərginliyi aradan qaldırmaq üçün İslamabadda görüş keçirirlər. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, xarici işlər nazirləri ikitərəfli dialoq və qarşılıqlı fəaliyyətin inkişafı, həmçinin Pakistan-İran əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı ətraflı danışıqlar aparacaqlar. Abdullahiyan yanvarın 16-da İranın Pakistan ərazisində Ceyş əl-Zolm terror qruplaşmasının iki qərargahına zərbə endirməsindən sonra iki ölkə arasında yaranmış gərginliyi azaltmaq səyləri çərçivəsində Pakistana gəlib. Onun İslam Respublikasının baş naziri Ənvarül-Həq Kakar ilə görüşü də planlaşdırılıb.18.01.24, 10:51İran Pakistandan qırıcıların zərbələrinə görə izahat tələb edirİran Pakistandan bir gün əvvəl İslamabadın həmsərhəd Sistan və Bəlucistan əyalətlərinə həyata keçirdiyi raket hücumları ilə bağlı dərhal izahat verməsini tələb edir. Bu barədə "Tasnim" agentliyi məlumatlı mənbəyə istinadən xəbər verir. "Agence France-Presse" Pakistan kəşfiyyat rəsmisinə istinadən xəbər verir ki, Pakistan ordusu İranda "anti-Pakistan qruplarını" hədəfə alan zərbələr endirib. Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik və hüquq-mühafizə orqanları üzrə müavini Əlireza Mərhəməti "Fars" agentliyinə bildirib ki, Pakistanın zərbələri İran vətəndaşı olmayan 7 nəfərin - 3 qadın və 4 uşağın həyatına son qoyub. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) yanvarın 16-da bildirib ki, Pakistanın əyalətində yerləşən Ceyş əl-Ədl terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz uçuş aparatı ilə hücum edib. Pakistan İranın hücumunu qətiyyətlə pisləyib və öz səfirini Tehrandan geri çağırıb, İran səfirinin də hələlik İslamabaddakı diplomatik missiyasını davam etdirə bilməyəcəyini bildirib. Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların məqsədinin terrorçuların sığınacaqları olduğunu bildirib. Qeyd olunub ki, yanvarın 18-də səhər saatlarında Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq zərbələr endirib: "Nəticədə bir neçə terrorçu məhv edilib. İran daxilindəki sarmaçarlar adlanan terrorçuların mövcudluğu bizi narahat edir. Lakin ciddi narahatlığımıza baxmayaraq, heç bir tədbir görülmür. Bu gün həyata keçirilən əməliyyatın əsasında sarmaçarların genişmiqyaslı terror fəaliyyətlərinə hazırlanmasına dair ciddi kəşfiyayt mənbələri dayanır". Bildirilib ki, bu əməliyyat Pakistanın milli təhlükəsizliyinin qorumasının təzahürüdür: "Bu olduqca mürəkkəb əməliyyatın uğurla həyata keçirilməsi həm də Pakistan Silahlı Qüvvələrinin peşəkarlığının göstəricisidir. Pakistan xalqının təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcək. Pakistan İranın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edir. Bugünkü əməliyyatın yeganə məqsədi Pakistanın öz təhlükəsizliyini qoruması idi". XİN-in bəyanatında vurğulanıb ki, Pakistan beynəlxalq ictimaiyyətin məsul üzvü kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyi də daxil olmaqla BMT Nizamnaməsinin prinsiplərini dəstəkləyir:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
iran
bəlucistan əyaləti
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454315725_171:0:2902:2048_1920x0_80_0_0_02c5f93ae3850982318c798c99fc1de3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
pakistan, iran, zərbə, bəlucistan əyaləti
pakistan, iran, zərbə, bəlucistan əyaləti
İran XİN-in başçısı gərginliyi azaltmaq məqsədilə Pakistana gedib
12:09 29.01.2024 (Yenilənib: 12:17 29.01.2024) Hüseyn Əmir Abdullahiyan İran silahlı qüvvələrinin Pakistan ərazisinə zərbə endirdikdən sonra yaranmış gərginliyi aradan qaldırmaq üçün İslamabada həmkarı ilə görüşə gedib.
BAKI, 29 yanvar — Sputnik. Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilani və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İran silahlı qüvvələrinin Pakistan ərazisində terrorçu qruplaşmanın qərargahına zərbə endirməsindən sonra yaranmış gərginliyi aradan qaldırmaq üçün İslamabadda görüş keçirirlər. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, xarici işlər nazirləri ikitərəfli dialoq və qarşılıqlı fəaliyyətin inkişafı, həmçinin Pakistan-İran əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı ətraflı danışıqlar aparacaqlar.
Abdullahiyan yanvarın 16-da İranın Pakistan ərazisində Ceyş əl-Zolm terror qruplaşmasının iki qərargahına zərbə endirməsindən sonra iki ölkə arasında yaranmış gərginliyi azaltmaq səyləri çərçivəsində Pakistana gəlib. Onun İslam Respublikasının baş naziri Ənvarül-Həq Kakar ilə görüşü də planlaşdırılıb.
İran Pakistandan qırıcıların zərbələrinə görə izahat tələb edir
İran Pakistandan bir gün əvvəl İslamabadın həmsərhəd Sistan və Bəlucistan əyalətlərinə həyata keçirdiyi raket hücumları ilə bağlı dərhal izahat verməsini tələb edir. Bu barədə "Tasnim" agentliyi məlumatlı mənbəyə istinadən xəbər verir.
"Agence France-Presse" Pakistan kəşfiyyat rəsmisinə istinadən xəbər verir ki, Pakistan ordusu İranda "anti-Pakistan qruplarını" hədəfə alan zərbələr endirib. Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik və hüquq-mühafizə orqanları üzrə müavini Əlireza Mərhəməti "Fars" agentliyinə bildirib ki, Pakistanın zərbələri İran vətəndaşı olmayan 7 nəfərin - 3 qadın və 4 uşağın həyatına son qoyub.
"İran Pakistan hakimiyyətindən bu insidentlə bağlı dərhal izahat tələb edir" - agentlik yazır.
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) yanvarın 16-da bildirib ki, Pakistanın əyalətində yerləşən Ceyş əl-Ədl terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz uçuş aparatı ilə hücum edib. Pakistan İranın hücumunu qətiyyətlə pisləyib və öz səfirini Tehrandan geri çağırıb, İran səfirinin də hələlik İslamabaddakı diplomatik missiyasını davam etdirə bilməyəcəyini bildirib.
Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların məqsədinin terrorçuların sığınacaqları olduğunu bildirib.
Qeyd olunub ki, yanvarın 18-də səhər saatlarında Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq zərbələr endirib: "Nəticədə bir neçə terrorçu məhv edilib. İran daxilindəki sarmaçarlar adlanan terrorçuların mövcudluğu bizi narahat edir. Lakin ciddi narahatlığımıza baxmayaraq, heç bir tədbir görülmür. Bu gün həyata keçirilən əməliyyatın əsasında sarmaçarların genişmiqyaslı terror fəaliyyətlərinə hazırlanmasına dair ciddi kəşfiyayt mənbələri dayanır".
Bildirilib ki, bu əməliyyat Pakistanın milli təhlükəsizliyinin qorumasının təzahürüdür: "Bu olduqca mürəkkəb əməliyyatın uğurla həyata keçirilməsi həm də Pakistan Silahlı Qüvvələrinin peşəkarlığının göstəricisidir. Pakistan xalqının təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcək. Pakistan İranın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edir. Bugünkü əməliyyatın yeganə məqsədi Pakistanın öz təhlükəsizliyini qoruması idi".
XİN-in bəyanatında vurğulanıb ki, Pakistan beynəlxalq ictimaiyyətin məsul üzvü kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyi də daxil olmaqla BMT Nizamnaməsinin prinsiplərini dəstəkləyir:
"Pakistan suverenliyinin və ərazi bütövlüyünün mübahisələndirilməsinə heç vaxt icazə verməyəcək. İran qardaş ölkədir və Pakistan xalqı İran xalqına böyük hörmət və məhəbbət bəsləyir. Biz terrorizm təhlükəsi də daxil olmaqla ümumi çağırışlarla mübarizədə həmişə dialoq və əməkdaşlığı vurğulamışıq və birgə həll yolları tapmağa çalışacağıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.