https://sputnik.az/20240129/nazirlik-hepatit-a-virusuna-yoluxan-usaqlarin-risk-qrupunu-aciqladi-462250850.html
Nazirlik Hepatit A virusuna yoluxan uşaqların risk qrupunu açıqladı
Nazirlik Hepatit A virusuna yoluxan uşaqların risk qrupunu açıqladı
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin mütəxəssisi onu da bildirib ki, Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsilə daxil ola bilər. 29.01.2024, Sputnik Azərbaycan
2024-01-29T14:12+0400
2024-01-29T14:12+0400
2024-01-29T14:12+0400
hepatit
səhiyyə
"hepatit a" epidemiyası
sarılıq xəstəliyi
peyvənd
epidemiya
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/01/1d/462249161_141:0:3782:2048_1920x0_80_0_0_adbd7c9ffb23486bb8078ee809b20788.jpg
BAKI, 29 yanvar — Sputnik. Hepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyidir. O, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsarət yaratmayan xəstəlikdir. Hepatit B və C-dən fərqli olaraq, Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bildirib. Onun sözlərinə görə, uzun illərdi ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin var: "Yoluxma bəzi gigiyena qaydalarının pozulması nəticəsində yaranır və yayılmasına səbəb olur. Hepatit A virusunun əsasən fekal-oral yolu ilə sayəsində ötürülür. Bu zaman şəxs öz fekaliya (nəcis ifrazatı) və çirklənmiş əli ilə infeksiyanı ətrafa yayır. Beləliklə, xəstə şəxslə əl kontaktı və ya yoluxan şəxs ətrafda olan ağıza düşə biləcək nəyə toxunubsa (qida, su), digərlərini asanlıqla yoluxdura bilər. Meyvə və tərəvəzlər yuyulmadığı təqdirdə virusa yoluxma ehtimalı xüsusilə yüksəkdir. Çünki virus soyuğa, istiyə, hətta mədənin qatı turş mühitinə davamlıdır. Lakin suyu qaynamaqla onu tamamilə məhv etmək olar. Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsilə daxil ola bilər. Digər qan və ya cinsi yoluxma da mümkündür. Lakin bu hallar daha az rast gəlinir və kütləvi yoluxmalara səbəb olmur. Virusa yoluxan insanda gizli period olur və inkubasiya müddəti adlanır. Bu dövr ortalama 2-4 həftə davam edir. Xəstəlik insanda halsızlıq, tez yorulma, əzələlərdə ağrı, iştahsızlıq, qusma, mədə ağrısı, ishal əlamətləri ilə özünü göstərir. Bu dövr ən çox yoluxdurucu olduğu dönəmdir. Daha sonra sarılıq dəridə qaşınma əlamətləri ilə üzə çıxır və xəstənin daha öncəki əlamətlərində rahatlama müşahidə edilir. Diaqnoz qoymaq üçün Hepatit A virusun İgM dediyimiz markerini və qaraciyər testlərini laborator analizlərinə baxılır, xəstəliyin gedişini bununla izlənilir. Gözlər və dəri saraldıqda, xəstə artıq məsələnin adi soyuqlama, mədə-bağırsaq pozuntusu kimi yox, məhz qaraciyər xəstəliyinin olduğunu anlayır və həkimə müraciət edir. Burada ən əsas erkən əlamət sidiyin rənginin tündləşməsidir. Bu halda həkimə müraciət etmək tövsiyə olunur. Sarılıq baş verdikdən sonra qaraciyərin əvvəlki səviyyəyə qayıtması 5 aya qədər çəkə bilər. Bəzən xəstələr tamamilə saralmış vəziyyətdə həkimə müraciət edirlər. Lakin panikaya düşmək lazım deyil. Unutmayın ki, sağlam insan üçün Hepatit A virusuna yoluxması həyatı risk daşımır. Ən əsası xəstəni təcrid etmək və digər insanları yoluxmadan qorumaqdır. Onunla təmasda yalnız daha öncə Hepatit A (sarılıq) keçirən insanlar və vaksinasiyası olan şəxslər olmalıdır. Yoluxan şəxsi xəstəxanaya yerləşdirməyə hər zaman ehtiyac yaranmır. Belə ki, yaşayış yeri üzrə poliklinikanın sahə həkiminin və ya infeksionistin nəzarətində evdə müalicə ala bilər. Xüsusilə 5-14 yaş qrupu uşaqlar Hepatit A virusuna daha çox yoluxur. Uşaqlarda yoluxma hallarında valideyinlər panikaya düşməsinlər. Bu zaman həkim-pediatrlara müraciət etsinlər, həkim nəzarətində təcrid olunaraq, müalicə alsınlar. Böyüklər də əksər hallarda məhz uşaqlardan yoluxa bilərlər. Yaşlı insanlar, xüsusilə xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən, Hepatit B və C xəstələri, sirrozlu xəstələr, alkoqolla bağlı qaraciyər xəstəliyindən əziyyət çəkənlər, ağır ürək xəstələri, böyrək xəstələri hepatit A-ya yoluxarsa, bu zaman çətinliklər yarana bilər. Buna görə də, virusun alovlanması olan ərazilərdə bu qrup şəxslərə vaksinasiyadan keçmək ciddi tövsiyə olunur". Həkim deyib ki, Hepatit A virusu yüksək immunogendir. Virusa yalnız bir dəfə yoluxma mümkündür, sonra ömürlük immunitet formalaşır: "Xüsusi müalicəsi üsulu və spesifik bir antivirus preparatı yoxdur. Yalnız simptomatik dərmanlar və infuziyalar tövsiyə edilə bilər. Hepatit A xəstələrinə çox dərman istifadəsi məqsədəuyğun deyil. Onsuzda ciddi virus təsirnə məruz qalan qaraciyər bir də artıq dərmanlara güc sərf etməməlidir. Lazımsız medikamentoz müalicədən qaçınmaq tövsiyə olunur. Vaksinasiya Hepatit A virusunun spesifik profilaktika üsuludur. İki doz peyvənd alaraq, bu xəstəlikdən tam qorunmaq mümkündür. Əl gigiyenası, xüsusilə uşaqların virusun yayılmasının qarşısını almağın ən yaxşı yoludur. Yüksək risk qrupunda olan insanlar peyvəndlənmədən keçməlidirlər. Kütləvi qidalanma obyektlərində qida ilə təmasda olan insanların şəxsi gigiyenasına ciddi sürətdə təşviq etmək və onlara mütəmadi olaraq xüsusi dezinfeksiyaedici məhlullardan istifadə tövsiyə olunur. Xəstəliyin simptomları üzə çıxdığı və ya şübhələndiyiniz andan digər insanlarla təması minimuma endirməsi, həmçinin insanların toplandığı ərazilərdən bir müddət uzaq qalmaq başqalarının yoluxmamaya daha az məruz qalması deməkdir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/1d/462249161_596:0:3327:2048_1920x0_80_0_0_a75ff9c37cc05f1e5ad7bb7dcca803d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hepatit, "hepatit a" epidemiyası, sarılıq xəstəliyi, peyvənd, epidemiya, səhiyyə nazirliyi
hepatit, "hepatit a" epidemiyası, sarılıq xəstəliyi, peyvənd, epidemiya, səhiyyə nazirliyi
Nazirlik Hepatit A virusuna yoluxan uşaqların risk qrupunu açıqladı
Səhiyyə Nazirliyinin mütəxəssisi onu da bildirib ki, Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsilə daxil ola bilər.
BAKI, 29 yanvar — Sputnik. Hepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyidir. O, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsarət yaratmayan xəstəlikdir. Hepatit B və C-dən fərqli olaraq, Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bildirib. Onun sözlərinə görə, uzun illərdi ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin var:
"Yoluxma bəzi gigiyena qaydalarının pozulması nəticəsində yaranır və yayılmasına səbəb olur. Hepatit A virusunun əsasən fekal-oral yolu ilə sayəsində ötürülür. Bu zaman şəxs öz fekaliya (nəcis ifrazatı) və çirklənmiş əli ilə infeksiyanı ətrafa yayır. Beləliklə, xəstə şəxslə əl kontaktı və ya yoluxan şəxs ətrafda olan ağıza düşə biləcək nəyə toxunubsa (qida, su), digərlərini asanlıqla yoluxdura bilər. Meyvə və tərəvəzlər yuyulmadığı təqdirdə virusa yoluxma ehtimalı xüsusilə yüksəkdir. Çünki virus soyuğa, istiyə, hətta mədənin qatı turş mühitinə davamlıdır. Lakin suyu qaynamaqla onu tamamilə məhv etmək olar.
Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsilə daxil ola bilər. Digər qan və ya cinsi yoluxma da mümkündür. Lakin bu hallar daha az rast gəlinir və kütləvi yoluxmalara səbəb olmur.
Virusa yoluxan insanda gizli period olur və inkubasiya müddəti adlanır. Bu dövr ortalama 2-4 həftə davam edir. Xəstəlik insanda halsızlıq, tez yorulma, əzələlərdə ağrı, iştahsızlıq, qusma, mədə ağrısı, ishal əlamətləri ilə özünü göstərir. Bu dövr ən çox yoluxdurucu olduğu dönəmdir. Daha sonra sarılıq dəridə qaşınma əlamətləri ilə üzə çıxır və xəstənin daha öncəki əlamətlərində rahatlama müşahidə edilir. Diaqnoz qoymaq üçün Hepatit A virusun İgM dediyimiz markerini və qaraciyər testlərini laborator analizlərinə baxılır, xəstəliyin gedişini bununla izlənilir.
Gözlər və dəri saraldıqda, xəstə artıq məsələnin adi soyuqlama, mədə-bağırsaq pozuntusu kimi yox, məhz qaraciyər xəstəliyinin olduğunu anlayır və həkimə müraciət edir. Burada ən əsas erkən əlamət sidiyin rənginin tündləşməsidir. Bu halda həkimə müraciət etmək tövsiyə olunur.
Sarılıq baş verdikdən sonra qaraciyərin əvvəlki səviyyəyə qayıtması 5 aya qədər çəkə bilər. Bəzən xəstələr tamamilə saralmış vəziyyətdə həkimə müraciət edirlər. Lakin panikaya düşmək lazım deyil. Unutmayın ki, sağlam insan üçün Hepatit A virusuna yoluxması həyatı risk daşımır. Ən əsası xəstəni təcrid etmək və digər insanları yoluxmadan qorumaqdır. Onunla təmasda yalnız daha öncə Hepatit A (sarılıq) keçirən insanlar və vaksinasiyası olan şəxslər olmalıdır. Yoluxan şəxsi xəstəxanaya yerləşdirməyə hər zaman ehtiyac yaranmır. Belə ki, yaşayış yeri üzrə poliklinikanın sahə həkiminin və ya infeksionistin nəzarətində evdə müalicə ala bilər.
Xüsusilə 5-14 yaş qrupu uşaqlar Hepatit A virusuna daha çox yoluxur. Uşaqlarda yoluxma hallarında valideyinlər panikaya düşməsinlər. Bu zaman həkim-pediatrlara müraciət etsinlər, həkim nəzarətində təcrid olunaraq, müalicə alsınlar.
Böyüklər də əksər hallarda məhz uşaqlardan yoluxa bilərlər. Yaşlı insanlar, xüsusilə xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən, Hepatit B və C xəstələri, sirrozlu xəstələr, alkoqolla bağlı qaraciyər xəstəliyindən əziyyət çəkənlər, ağır ürək xəstələri, böyrək xəstələri hepatit A-ya yoluxarsa, bu zaman çətinliklər yarana bilər. Buna görə də, virusun alovlanması olan ərazilərdə bu qrup şəxslərə vaksinasiyadan keçmək ciddi tövsiyə olunur".
Həkim deyib ki, Hepatit A virusu yüksək immunogendir. Virusa yalnız bir dəfə yoluxma mümkündür, sonra ömürlük immunitet formalaşır:
"Xüsusi müalicəsi üsulu və spesifik bir antivirus preparatı yoxdur. Yalnız simptomatik dərmanlar və infuziyalar tövsiyə edilə bilər. Hepatit A xəstələrinə çox dərman istifadəsi məqsədəuyğun deyil. Onsuzda ciddi virus təsirnə məruz qalan qaraciyər bir də artıq dərmanlara güc sərf etməməlidir. Lazımsız medikamentoz müalicədən qaçınmaq tövsiyə olunur. Vaksinasiya Hepatit A virusunun spesifik profilaktika üsuludur. İki doz peyvənd alaraq, bu xəstəlikdən tam qorunmaq mümkündür.
Əl gigiyenası, xüsusilə uşaqların virusun yayılmasının qarşısını almağın ən yaxşı yoludur. Yüksək risk qrupunda olan insanlar peyvəndlənmədən keçməlidirlər. Kütləvi qidalanma obyektlərində qida ilə təmasda olan insanların şəxsi gigiyenasına ciddi sürətdə təşviq etmək və onlara mütəmadi olaraq xüsusi dezinfeksiyaedici məhlullardan istifadə tövsiyə olunur.
Xəstəliyin simptomları üzə çıxdığı və ya şübhələndiyiniz andan digər insanlarla təması minimuma endirməsi, həmçinin insanların toplandığı ərazilərdən bir müddət uzaq qalmaq başqalarının yoluxmamaya daha az məruz qalması deməkdir".