Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həmid Herisçinin son durumu açıqlanıb

© Photo : Social media page of Hamid HerisciHəmid Herisçi
Həmid Herisçi - Sputnik Azərbaycan, 1920, 29.01.2024
Abunə olmaq
Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.
BAKI, 29 yanvar - Sputnik. Həmid Herisçinin vəziyyəti açıqlanıb. TƏBİB-dəb bildirilib ki, tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti stabildir. Qeyd edilib ki, Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.
Həmid herisçinin həyat yoldaşı, tanınmış jurnalist İlhamiyyə Rza da öz sosial şəbəkə hesabında qeyd edib ki, bu gecə H.Herisçinin qızdırması olmayıb.
"Hər gün qızdırması olurdu və vəziyyəti pisləşirdi. Bu fakt məncə müsbət haldır" - İ.Rza yazıb.
Məlumat üçün bildirək ki, 1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.
26.01.24, 22:53
Həmid Herisçi xəstəxanaya yerləşdirilib
1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.
Pasientin vəziyyəti ağır qiymətləndirilir.
Xəbər lenti
0