CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küçədə yaşlı qadınları incidən A.C. xəstəxanaya yerləşdirilib - VİDEO

© Sputnik / Murad OrujovBakıda insanlar, arxiv şəkli
Bakıda insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2024
Abunə olmaq
DİN AR Prezidentinin müşaviri vəzifəsində çalışmış Afiyəddin Cəlilovun nəvəsinin küçədə yaşlı qadınlara qarşı tərbiyəsiz hərəkətlər edib videoya çəkməsi barədə məsələyə aydınlıq gətirdi.
BAKI, 29 yanvar — Sputnik. Sosial şəbəkələrdə "Jalilov" adı ilə məşhurlaşan, yaşlı insanları narahat edən yeniyetmənin sağlamlıq problemləri olduğu üzə çıxıb.
DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sputnik Azərbaycan-a bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C. valideyni ilə birgə polis idarəsinə dəvət olunub və onun sosial şəbəkələrdə yayılan videoları araşdırılıb. Eyni zamanda, valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
***
"Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır".
Sputnik Azərbaycan-a bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
DİN rəsmisi bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Sözügedən şəxslə bağlı əlavə tədbirlər görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə "Jalilov" adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, "Jalilov" Azərbaycan tanınmış dövlət və siyasi xadimi, vaxtilə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilovun nəvəsidir. Eyni zamanda o, babasının adını daşıyır.
Xəbər lenti
0