CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarın hansı faydaları var?

© Sputnik / Murad OrujovBakıda qarlı hava
Bakıda qarlı hava - Sputnik Azərbaycan, 1920, 28.01.2024
Abunə olmaq
Qarda olan ammonyak qar əriyəndə torpaqda qalır. Bu ammonyak azot bakteriyaları tərəfindən kalsium nitrata kimi azot duzlarına çevrilir və bitkilərin azot ehtiyacını ödəyir.
BAKI, 28 yanvar - Sputnik. Soyuq ayların əvəzolunmaz təbiət hadisəsi olan qar canlılar və bitkilər üçün faydalı yağıntı növüdür.
Sağlamolun.az qarın faydalarını təqdim edir:
- Bitki qidası üçün çox faydalıdır
Qar suyu torpaqda kalium, kalsium, dəmir kimi mineralları həll edir və bitkilərin qidalanmasını təmin edir.
- Quraqlığa qarşı təsirlidir
Qar yerüstü və yeraltı su ehtiyatlarının ən mühüm mənbəyidir.
- Yalnız suda deyil, enerji sahəsində də təsirlidir
Qar sayəsində bəndlər dolur və enerji olaraq bizə qayıdır.
- Torpağı zənginləşdirir
Qarda olan ammonyak qar əriyəndə torpaqda qalır. Bu ammonyak azot bakteriyaları tərəfindən kalsium nitrata kimi azot duzlarına çevrilir və bitkilərin azot ehtiyacını ödəyir.
- Havada olan mikroblara qarşı təsirlidir
Havada və quruda olan zərərli mikroblar qarla birlikdə yox olur.
- Hava istiliyini balanslaşdırır
Qar yağanda hava yumşalır və havanın çox soyumasının qarşısı alınır.
Qarın növləri hansılardır?
Kəpəkli: Böyük qar dənəciklərinin düşməsi ilə meydana gələn qar yağışı növüdür. Bu formaya kubik qar da deyilir.
Çovğun: Küləklərin sürəti 56 km/saatdan sürətlə yağan qar yağışı. Çovğun zamanı görmə qabiliyyəti azalır, yerimək və maşın sürmək çətinləşir.
Sulu qar: Hələ səmada əriyən qar yağış kimi yağır. Bu yağışa bənzəyən qar öz normal axınında qarla müşayiət olunur. Sulu qar zamanı yağış və qar birlikdə yağır.
Bulqur: Normal qar dənəciklərindən daha kiçik və sərt yağan qara bulqur qarı deyilir.
Quru qar: Son dərəcə soyuq havalarda və aşağı rütubətdə diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir. Yerdə nazik qar təbəqəsi əmələ gətirən qar dərhal ərimədiyi üçün ətrafı islatmır.
Xəbər lenti
0