CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hava necə olacaq - Proqnoz

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv
Bakıda yağışlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 28.01.2024
Abunə olmaq
Rayonlarında arabir havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
BAKI, 28 yanvar - Sputnik. Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu 4-6° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu 3-8° isti, dağlarda 0-5° şaxta olacaq. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0