DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Burkina Faso, Mali və Niger ECOWAS-dan çıxdığını elan edib

© AFP 2024 / KOLA SULAIMONECOWAS-a üzv ölkələrin iclası
ECOWAS-a üzv ölkələrin iclası - Sputnik Azərbaycan, 1920, 28.01.2024
Abunə olmaq
Nigerin milli televiziyasında təşkilatdan çıxmaqla bağlı birgə bəyanat oxunub.
BAKI, 28 yanvar— Sputnik. Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəlib.
Bu barədə “Report” xəbər verir.
Nigerin milli televiziyasında təşkilatdan çıxmaqla bağlı birgə bəyanat oxunub.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) on beş ölkənin regional siyasi və iqtisadi birliyidir.
ECOWAS-ın məqsədi tamhüquqlu iqtisadi və ticarət ittifaqının qurulması yolu ilə üzv dövlətlər üçün kollektiv özünütəminata nail olmaqdır.
16.08.23
Afrika İttifaqı ölkələri Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Nigerə qarşı sanksiyaları ilə bağlı konsensusa gələ bilməyib. Bu barədə RFI radiostansiyası məlumatlı mənbələrə istinadən xəbər yayıb.
"ECOWAS tərəfindən qərara alınan Nigerə qarşı sanksiyalar məsələsi Sülh və Təhlükəsizlik Şurasında (Afrika İttifaqı) konsensusa nail olmayıb", - məlumatda bildirilib.
Bildirilir ki, ölkələr ECOWAS-ın qərarları ilə bağlı mövqelərini müəyyənləşdirməyə çalışırlar. Təhlükəsizlik Şurasının bəzi üzvləri güc tətbiq etməyə səbəb ola biləcək hadisələrə aydınlıq gətirilməsini istəyir.
RFI-nın məlumatına görə, Sülh və Təhlükəsizlik Şurasının üzvləri avqustun 14-dən etibarən kommünikenin mətnini müzakirə edirlər.
İyulun sonunda Niger ordusu milli televiziya ilə prezident Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdırdığını elan edib. Əksər Qərb ölkələrinin liderləri və Qərbi Afrika İqtisadi Birliyi regional təşkilatı çevrilişi pisləyib. Avqustun əvvəlində ECOWAS iştirakçıları Nigerə hərbi müdaxilə ilə bağlı plan qəbul ediblər.
Afrika İttifaqına 55 ölkə daxildir. Mali, Burkina Faso və Qvineyanın təşkilatdakı fəaliyyəti son bir neçə ildə orada baş verən hərbi çevrilişlərə görə dayandırılıb.
Xəbər lenti
0