DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda daha bir silahlı hadisə - 9 nəfər həlak oldu

© AFP 2024 / ATTA KENAREİranda təcili yardım maşını, arxiv
İranda təcili yardım maşını, arxiv - Sputnik Azərbaycan, 1920, 27.01.2024
Abunə olmaq
Yanvarın 18-də səhər saatlarında Pakistan Hərbi Hava Qüvvələri İran ərazisinə hücum edib. İran tərəfinin məlumatına görə, Sistan və Bəlucistan əyalətlərinin atəşə tutulması nəticəsində qadın və uşaqlar da daxil olmaqla azı 9 mülki şəxs həlak olub.
BAKI, 27 yanvar - Sputnik. İran-Pakistan sərhədinin yaxınlığındakı SistanBəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində azı 9 nəfər həlak olub. Bu barədə TASS Mehr agentliyinə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, şənbə günü səhər naməlum şəxslər şəhər sakinlərinə atəş açıblar.
Agentlik hücumun qurbanlarının iranlı olmadıqlarını bildirir. İranın sərhəd bölgələrində fəaliyyət göstərən heç bir qruplaşma hələlik hücumun məsuliyyətini üzərinə götürməyib.
Xatırladaq ki, İranın Pakistan ərazisinə raket hücumları gözlənildiyi kimi cavabsız qalmayıb - yanvarın 18-də səhər saatlarında Pakistan Hərbi Hava Qüvvələri İran ərazisinə hücum edib. İran tərəfinin məlumatına görə, Sistan və Bəlucistan əyalətlərinin atəşə tutulması nəticəsində qadın və uşaqlar da daxil olmaqla azı 9 mülki şəxs həlak olub. İran Pakistandan açıqlama tələb edib. İslamabad isə "güzgü" effekti ilə cavab verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0