https://sputnik.az/20240127/moskva-baki-ve-revan-arasinda-sulh-danisiqlari-ucun-platforma-olmaqda-davam-edir---sefir-462222139.html
Moskva Bakı və İrəvan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir - səfir
Moskva Bakı və İrəvan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir - səfir
Sputnik Azərbaycan
Polad Bülbüloğlu qeyd edib ki, Azərbaycan bu gün Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə... 27.01.2024, Sputnik Azərbaycan
2024-01-27T09:02+0400
2024-01-27T09:02+0400
2024-01-27T09:02+0400
polad bülbüloğlu
siyasət
ermənistan
irəvan
bakı
rusiya
vladimir putin
rusiya prezidenti vladimir putin
prezident ilham əliyev
səfir
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1d/449092702_0:103:2000:1228_1920x0_80_0_0_11c9bb3189175bf0ed8891cfbe9b01dc.jpg
BAKI, 27 yanvar - Sputnik. “Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”.Bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “TASS”a müsahibəsində deyib.“Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir” - diplomatik missiyanın rəhbəri qeyd edib.Nümunə olaraq səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə 2023-cü ilin iyulunda baş tutan son üçtərəfli görüşü, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun fəaliyyətini xatırladıb. Belə ki, bu çərçivədə Moskvada regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə dair bir neçə dəfə görüşlər keçirilib.“Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev son müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasında şəxsi rolunu yüksək qiymətləndirib”, - diplomat vurğulayıb.O, həmçinin, Azərbaycan və Ermənistan liderlərinin MDB dövlət başçılarının Sankt-Peterburqda ənənəvi olaraq Yeni il öncəsi keçirilən qeyri-rəsmi sammiti çərçivəsində danışdıqlarını da xatırladıb:“Bu cür tədbirlər çərçivəsində dövlət rəhbərlərinin “ayaq üstə” qısa söhbətlər aparmaq fürsətindən istifadə etməsi adi bir təcrübədir. Azərbaycan ondan çıxış edir ki, görüşlər müstəsna olaraq regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin tezliklə bərqərar olmasına yönəlməlidir və vurğulamaq istəyirəm ki, artıq yaxşı nəticələr verən birbaşa ikitərəfli danışıqların aparılması təcrübəsi mövcuddur. Başımızın üstündə dinc səmaya ehtiyacımız var”.
irəvan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1d/449092702_114:0:1887:1330_1920x0_80_0_0_6e7edfadf143c8f909ff9d89b08fcac1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polad bülbüloğlu, ermənistan, irəvan, bakı, rusiya, vladimir putin, rusiya prezidenti vladimir putin, prezident ilham əliyev, səfir
polad bülbüloğlu, ermənistan, irəvan, bakı, rusiya, vladimir putin, rusiya prezidenti vladimir putin, prezident ilham əliyev, səfir
Moskva Bakı və İrəvan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir - səfir
Polad Bülbüloğlu qeyd edib ki, Azərbaycan bu gün Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdardır.
BAKI, 27 yanvar - Sputnik. “Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”.
Bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “TASS”a müsahibəsində deyib.
“Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir” - diplomatik missiyanın rəhbəri qeyd edib.
Nümunə olaraq səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə 2023-cü ilin iyulunda baş tutan son üçtərəfli görüşü, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun fəaliyyətini xatırladıb. Belə ki, bu çərçivədə Moskvada regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə dair bir neçə dəfə görüşlər keçirilib.
“Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev son müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasında şəxsi rolunu yüksək qiymətləndirib”, - diplomat vurğulayıb.
O, həmçinin, Azərbaycan və Ermənistan liderlərinin MDB dövlət başçılarının Sankt-Peterburqda ənənəvi olaraq Yeni il öncəsi keçirilən qeyri-rəsmi sammiti çərçivəsində danışdıqlarını da xatırladıb:
“Bu cür tədbirlər çərçivəsində dövlət rəhbərlərinin “ayaq üstə” qısa söhbətlər aparmaq fürsətindən istifadə etməsi adi bir təcrübədir. Azərbaycan ondan çıxış edir ki, görüşlər müstəsna olaraq regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin tezliklə bərqərar olmasına yönəlməlidir və vurğulamaq istəyirəm ki, artıq yaxşı nəticələr verən birbaşa ikitərəfli danışıqların aparılması təcrübəsi mövcuddur. Başımızın üstündə dinc səmaya ehtiyacımız var”.